Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İlham Əliyev Cavid Qurbanovun səlahiyyətlərini artırdı

© Photo : REPORTCavid Qurbanov, arxiv şəkli
Cavid Qurbanov, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri hökumətlərarası komissiyanın tərkibinə daxil edilib

BAKI, 6 sentyabr — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 mart tarixli 2016 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sputnik Azərbaycan prezidentin rəsmi saytına istinadla xəbər verir ki, sərəncama görə, "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 mart tarixli 2016 nömrəli Sərəncamının 1-ci hissəsində "Qüdrət Qurbanov — Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi" sözlərindən sonra "Cavid Qurbanov — "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri" sözləri əlavə edilsin".

Bununla da Cavid Qurbanov hökumətlərarası komissiyanın tərkibinə daxil edilib.

Железнодорожные рельсы, фото из архива - Sputnik Azərbaycan
Cavid Qurbanovdan təsəlli

Xatırladaq ki, Nəqliyyat Nazirliyi ləğv ediləndən və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdiriləndən sonra sabiq nəqliyyat naziri Ziya Məmmədov sözügedən komissiyanın tərkibindən çıxarılıb.

Baş nazirin müavini Abid Şərifovun başçılıq etdiyi hökumətlərarası komissiyasının tərkibinə Yavər Camalov (müdafiə sənayesi naziri), Heydər Əsədov (kənd təsərrüfatı naziri), Əbülfəs Qarayev (mədəniyyət və turizm naziri), Mikayıl Cabbarov (təhsil naziri), Ramin Quluzadə (nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri), Azad Rəhimov (gənclər və idman naziri), Əlövsət Baxşiyev (Naxçıvan Muxtar Respublikasının baş naziri), Elman Rüstəmov (Mərkəzi Bankının sədri), İlqar Fətizadə (maliyyə nazirinin birinci müavini), Sahil Babayev (iqtisadiyyat və sənaye nazirinin müavini), Xələf Xələfov (xarici işlər nazirinin müavini), Sahib Ələkbərov (vergilər nazirinin müavini), Toğrul Musayev (ədliyyə nazirinin müavini), Aydın Əliyev (Dövlət Gömrük Komitəsinin sədri), Nazim İbrahimov (Diasporla İş üzrə Dövlət Komitəsinin sədri), Kərəm Həsənov (Əmlak Məsələləri Dövlət Komitəsinin sədri), Ramiz Həsənov (Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri), Qüdrət Qurbanov (Dövlət Dəniz Administrasiyasının rəisi), Faiq Bağırov (Azərbaycanın Türkiyədəki səfiri), Ağadayı Ağayev (Nazirlər Kabineti Aparatının xarici iqtisadi əlaqələr şöbəsinin müdiri) və Niyaz Əlizadə (Ticarət və Sənaye Palatasının prezidenti) daxildir.

Komissiyanın daha bir üzvü — sabiq energetika naziri Natiq Əliyev isə vəfat edib.

Xəbər lenti
0