SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bakıda növbəti üçtərəfli görüş başlayıb

© Photo : AZƏRTACAzərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun, Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidzenin və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun görüşü, Bakı, 6 sentyabr 2017-ci il
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun, Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidzenin və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun görüşü, Bakı, 6 sentyabr 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin altıncı üçtərəfli görüşü keçirilir

BAKI, 6 sentyabr — Sputnik. Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze və Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlunun iştirakı ilə Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu, XİN başçılarının sayca altıncı üçtərəfli görüşüdür.

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib - Sputnik Azərbaycan
SİYASƏT
Prezident İlham Əliyev nazirlərlə nədən danışdı?!

Xatırladaq ki, Azərbaycan-Gürcüstan-Türkiyə formatında xarici işlər nazirləri səviyyəsində birinci üçtərəfli görüş 8 iyun 2012-ci ildə Trabzonda keçirilib. 28 mart 2013-cı ildə Batumidə adıçəkilən formatda keçirilən ikinci görüşün yekunlarına əsasən 2013-2015-ci illər üçün nəzərdə tutulmuş Üçtərəfli Sahəvi Əməkdaşlıq üzrə Fəaliyyət Planı qəbul olunub.

19 fevral 2014-cü ildə Gəncə şəhərində hər üç ölkənin xarici işlər nazirlərinin üçüncü görüşü baş tutub. Bunun ardınca həmin ilin 10 dekabr tarixində Qarsda, 19 fevral 2016-cı ildə isə Tbilisidə müvafiq olaraq dördüncü və beşinci üçtərəfli formatda görüşlər keçirilib.

Xəbər lenti
0