Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Zümrüd ölkəsini qana boyamaq kimə və niyə lazımdır?

© REUTERS / Mohammad Ponir HossainQaçqın Rohincalar
Qaçqın Rohincalar - Sputnik Azərbaycan
Abunə olmaq
Myanma böhranı Cənubi-Şərqi Asiyada sabitliyin məhv edilməsinə yönəlib

BAKI, 5 sentyabr — Sputnik. Hazırda dünya mətbuatının və sosial şəbəkələrin "bəzəyi" Myanmada baş verən hadisələrdir. Tonqalın içinə atılan uşaqlar, başı kəsilmiş qadınlar, diri-diri basdıırılan yüzlərlə insanın ağlaşması milyonların hisslərini darmadağın edib.

Yayılan məlumatların müəyyən hissəsi əlbəttə ki, informasiya savaşına hesablanıb. Çində uyğurlara qarşı törədilən soyqırım, zəlzələ qurbanlarının video-foto çəkilişləri də "Arakan hadisələri" kimi təqdim etmək proseslərə daha faciəli fon vermək üçün nəzərdə tutulan informasiya savaşın elementar silahı təsiri bağışlayır.

Maunqdauda şəhərindəki qırğından qaçıb Bunidaunq şəhərinə sığınmış etnik arakanlar, Myanma, 28 avqust 2017-ci il - Sputnik Azərbaycan
BMT-dən həyəcan təbili: Arakanda insanlıq faciəsi yaşanır

Lakin bütün bunlara baxmayaraq, müsəlmanların, dinc sakinlərin qətli Myanmanı yenidən dünyaya tanıtdırdı. Bu dəfə mənfi rakursda. Halbuki, illər öncə Birma (Myanma) ən ağır şərtlərlə mübarizə aparan ən güclü müxalifəti olan ölkə kimi tanınırdı. Bu gün isə bu ölkə müsəlman uşaqlarının və dinc əhalinin vəhşicəsinə qətli ilə assosasiya olunur.

Astroloqların zümrüd sevgisi

"Myanma" sözü tərcümədə "cəld", "güclü" mənalarını verir və zümrüd mənasını verən "mya" sözündən götürülüb. Myanmada insan və coğrafi məkan adlarının seçilməsinə ənənəvi olaraq myanmalı astroloqların böyük təsiri olur. Ölkə əhalisinin böyük əksəriyyətini təşkil edən birmalılar tərəfindən, özlərinin seçdikləri ad — "Bama" istifadə olunur.

1989-cu ilədək ölkə rəsmi olaraq Birma Birliyi Sosialist Respublikası və ya qısaca olaraq — Birma adlanırdı. Amma "Birma" adı alınma mənşəli olduğun üçün, ölkə daxilində populyar deyil. 2010-cu ilin oktyabr ayında ölkənin adı "Myanma İttifaqı"ndan "Myanma İttifaqı Respublikası"na dəyişdi. Həmçinin ölkənin gerbi və bayrağı da dəyişdirildi.

Demokratiya və humanizm simvolunun qanlı kimanosu

Birmada demokratik qüvvələrin lideri Aun San Suu 19 il ev dustaqlığında olub və sonradan Ranqundakı həbsxanaya aparılıb. Ev dustaqlığının zindana dəyişdirilməsinə səbəb bir amerikalının dəvət olunmadan onun evinə gəlməsi olub. Beynəlxalq təzyiq və çoxsaylı tərəfdarlarının mübarizəsi nəticəsində Aun San Suu azad olub və hakimiyyətə gəlib.

Onun azadlığa buraxılmasından sonra küçələri dolaşan polislər ərazini tərk ediblər. Müxalifət lideri həbsxanadan evə qayıtmazdan öncə izdihama bildirib ki, rəhbərlik etdiyi Milli Demokratiya Liqasının baş qərargahında insanlarla danışacaq. O, xalqı seçkilərə dəvət edib, qələbə qazanaraq, hərbi diktaturaya son qoyub.

Aun San Suunun qələbəsi Qərb, ilk növbədə Vaşinqton siyasətçilərini məmmun edib. ABŞ prezidenti Barak Obama bir sıra dünya liderlərinə qoşularaq Aunq San Suu Kyinin azadlığa buraxılmasını və seçkidəki qələbəsini alqışlayıb. Barak Obama Aunq San Suu Kyini "öz qəhrəmanı" adlandırıb və bildirib ki, 65 yaşlı Nobel sülh mükafatı laureatı bütün dünya boyu insan haqları uğrunda mübarizə aparanlara ilham verir. Britaniya baş naziri Devid Kameron Aunq San Su Kyini "söz azadlığı, demokratiya və insan haqlarına inanan bütün insanlar üçün nümunə" adlandırıb.

Myanmanın qonşuları və "islam qorxusu"

İndi isə Aunq San Su Kyini müsəlman qanı tökən bir cani adlandırırlar. Nə baş verir? Öncə onu vurğulayaq ki, Myanmadakı müsəlmanların qətli dünya mətbuatının əsas xəbərlərinə çevrildi. Azğınlaşmış buddistlərdən ibarət kütlənin Hpakant kəndində məscidə od vurması ölkəni xaosa sürüklədi. Buddistlər müsəlmanların öz məscidlərini buddist məbədinə çox yaxın məsafədə tikdiklərinə etirazlarını bu yolla bildirdilər. Bu hadisədən bir həftə əvvəl Pegu əyalətində buna bənzər bir hadisə baş vermişdi. Buddistlər məscidi dağıtmaqla yanaşı, müsəlmanlara xəsarət yetirmişdilər.

Son hadisələri dünya təşvişlə izləyir. Lakin çağdaş Myanmada bu cür hadisələr qeyri-adi qəbul edilmir. Myanma Çin, Laos, Tayland, Hindistan və Banqladeş ilə sərhəddədir. 170 milyon əhalisi olan Banqladeşdən müsəlmanlar qeyri-qanuni olaraq, 55 milyon əhalisi olan buddist Myanmaya axışırlar. Müsəlmanların buddistlərin müqəddəs torpağı adlandırılan Arakan şəhərinə axını buddistləri vahiməyə salır.

Arakanlı müsəlman qaçqınlar - Sputnik Azərbaycan
HADİSƏ
Arakanlı müsəlmanlara qarşı daha bir rəzalət

Buddist ideoloqlar islam dininin onları assimilliyasiya edə biləcəklərindən qorxurlar. Məsələ ondadır ki, Banqladeş, Çin və digər ölkələrdən Myanmaya gələn müsəlmanların say tərkibi çoxalır və bu, buddistləri narahat edir. Müsəlmanlar özlərini ölkənin tam hüquqlu vətəndaşı hesab edirlər və rəsmi qaydada ölkənin tam hüquqlu vətəndaşı olmaq istəyirlər, lakin onların bu arzusuna Myanma rəsmiləri rədd cavabı verirlər.

Mühasirəyə alınmış qala sindromu və yaxud İslam düşmənlərinin müsəlman sevgisi

Əslində, proses 2012-ci ildə nəzarətdən çıxdı. İyun və oktyabr aylarında Rakindəki buddistlər və müsəlmanlar arasında silahlı qarşıdurmalarda yüzdən çox adam öldü. BMT-nin məlumatına görə, həmin hadisələr zamanı təxminən 5300 ev və dini tikililər dağıdılıb. Elan edilmiş fövqəladə vəziyyət situasiyanı daha da gərginləşdirdi.

2013-cü ilin baharında kütləvi iğtişaşlar ölkənin qərb hissəsindən mərkəzə yayıldı. Mart ayının ortalarında etirazlar Meithila şəhərində başladı. 2016-cı ilin yayında başlayan yeni münaqişə Pegu vilayətində — Hpkant şəhərində böyük fəlakətlərə səbəb oldu. Artıq buddist və müsəlmanların qanlı qarşıdurmasını sakitləşdirmək imkansız idi. Lakin baş verənləri yalnız dini münaqişə kimi dəyərləndirmək də mümkün deyildi.

Müsəlman və buddistlər münaqişənin yalnız görünən tərəfidirlər. Myanma Banqladeş qaçqınlarının hesabına az qala bir müsəlman ölkəsinə çevrilir. Yerli əhali onlar üçün yad olan ənənələrin yayılması ilə barışa bilmir. Söhbət dini ənənələrdən də getmir, rohincalar öz təsir dairələrini itirmək istəmirlər, bu isə artıq dini münaqişədən etnik münaqişəyə keçir.

Lakin qarşıdurmanın dərinləşmməsi üçün buddistlərin hisslərini qıcıqlandırmaq lazım idi və Qərb mətbuatı problemi dərinləşdirmək üçün buddistlərin hamısını soyqırım iştirakçısı, aralarında müxtəlif ölkələrin kəşfiyyatına işlədiyi istisna edilməyən, müsəlman qiyafəsinə girmiş bəzi təxribatçıları isə məzlum kimi təqdim etməyə başladı. Bununla da, müsəlmanların kütləvi qətli başladı.

Bəs, bu vandalizim kimə və niyə lazım idi? Bu suala bir qədər sonra cavab verməyə çalışacağıq. İndiyə qədər müsəlmanları vəhşi kimi təqdim edən dünya mətbuatının birdən-birə "İslam təəsübkeşi" kimi mövqeyinə keçməsi maraqlıdır. Münaqişədə öldürülən buddistlər barədə Qərb mətbuatının heç bir məlumat verməməsi də onu deməyə əsas verir ki, münaqişəni dərinləşdirməkdə maraqlı olan üçüncü tərəf var.

Görünən budur ki, Myanma hakimiyyəti gərginliyi azaltmaq və status-kvonun saxlanılmasında maraqlıdır. Sülh sazişinə nail olmaq üçün hakimiyyət milli azlıqlara güzəştlər verilməsini də təklif edib. Lakin münaqişə nəinki səngimir, əskinə günü-gündən dərinləşir. Miqrant axını, etnik və dini münaqişə Myanmanı səfalətə sürükləyir.

Güclənən Çin, qaz layihələri və cənab Sorosun kölgəsi

Nəzərə almaq laızmdır ki, 2000-ci illərin əvvəllərində Rakhayne şəhərində neft və qaz ehtiyatlarının aşkarlanması ilə münaqişə ocaqlarının yaranması üst-üstə düşdü. 2013-cü ildə Rakhayne — Çin qaz kəmərinin tikintisinin başa çatması ilə münaqişə dərinlənməyə başladı. Əslində, Myanma böhranı güclənməkdə olan Çinə qarşı Vaşinqton strateqlərinin həyata keçirdiyi modelə daha çox bənzəyirdi. Soros Fondunun Myanmada radikal buddistlərə yardım etməsi və müxtəlif qeyri-hökumət təşkilatlarını yaratması da diqqətdən qaça bilməz.

2017-ci ilin ortalarında Rakhayne şəhərində ABŞ əleyhinə etiraz aksiyaları keçirilməyə başladı və ictimai fəallar radikal buddistlərin maliyyələşdirilməsinin fəsadlara yol açacağını bildirməyə başladılar. "Terroristləri dəstəkləyən təşkilatlara ehtiyacımız yoxdur" şüarı ilə keçirilən aksiyalar hazırlanan planları alt-üst edə bilmədi.

Cənub-Şərqi Asiyanı parçalamaq planı

Plan bəllidir. Myanmada buddist terrorçular üçün baza yaradan qüvvələr, indi də "İslam terrorizmi" üçün məhsuldar bir zəmin yaradır və ən faciəli isə odur ki, Cənubi Asiyadakı etnik qruplar arasında savaş hazırlığı görürlər. Bu savaş bütün bölgəni məhv edəcək gücə malikdir.

Cənub-Şərqi Asiya bölgəsini parçalamaq üçün artıq ciddi bir zəmin yaradılıb. Bölgəni idarə etmək üçün münaqişələr vacibdir. Zəngin almaz, neft-qaz yataqları olan Myanmanı idarə etmək üçün isə belə münaqişələr əla plan sayıla bilər.

Митинг в Мьянме против убийств мусульман - Sputnik Azərbaycan
Nüfuzlu təşkilat müsəlman qırğınını "soyqırımı" adlandırdı

Burada söhbət üç istiqamətdən gedir. Birincisi, bu, Çinə qarşı bir oyunun tərkib hissəsidir. Belə ki, Pekin Arakana çox böyük investisiyalar yatırıb. İkincisi, Cənub-Şərqi Asiyada ekstremizm nöqtələrinin yaradılması idarə olunan xaos nəzəriyyəsinə tam uyğun həyata keçirilir. Üçüncü, bu münaqişə Myanma ilə İndoneziya və Malayziya arasında inkişaf etməkdə olan iqtisadi əməkdaşlığa ciddi zərbələr endirir.

Bir sözlə, Myanma böhranı Cənubi-Şərqi Asiyada sabitliyin məhv edilməsinə yönəlib. Qurban gedən isə bütün bu planlardan məlumatı olmayan dinc əhalidir. Əslində, dünya güclərinin niyyəti olsaydı, Myanmadakı qətlləri dərhal durdura bilərdi.

Görünən budur ki, supergüclərə sülh yox, qan lazımdır. Əgər, bu qan eyni zamanda almaz, neft və qaz qoxuyursa, onda sülh yox, savaş lazımdır. MDB məkanı, Yaxın Şərq qan içində çabalayır. İndi isə hədəfdə Cənubi-Şərqi Asiyadır. Myanma, Çin, Koreya (şimallı, cənublu) xaosa sürüklənməlidir. Bölgə uğrunda gedən qanlı savaşda qurban gedən məsum uşaqların taleyi isə böyük siyasətin ideoloqları üçün əsla maraqlı deyil.

Bu, siyasətdir. Necə deyərlər, "biznes, ancaq biznes, heç bir şəxsi məsələ yoxdur". Söhbət milyardlarla vəsaitdən gedir. Xarici şirkətlər isə onların iqtisadi maraqlarına zərbə vura biləcək hakimiyyətləri asanlıqla devirirlər. Buna dini, yaxud etnik qiyafə geyindirməyin də heç bir önəmi yoxdur. Qurban getməyə hazır olanlar isə həmişə tapılacaq…

Xəbər lenti
0