CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qurbanlıq heyvanların satış və kəsim qiyməti açıqlandı

© Sputnik / Murad OrujovЖертвенные бараны на праздник Гурбан Байрам
Жертвенные бараны на праздник Гурбан Байрам - Sputnik Azərbaycan
Abunə olmaq
Bu il yarmarkaya ancaq Azərbaycanda yetişdirilən heyvanlar çıxarılacaq

BAKI, 31 avqust — Sputnik. Bakıda qurbanlıq heyvanların satılacağı ünvanlar açıqlanıb. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sentyabr ayının 1-i səhər saat 9:00-dan etibarən Qurban bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə Bakı şəhərində qurbanlıq heyvanların satış yarmarkaları fəaliyyətə başlayacaq.

Retro Bakı - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Qurban bayramında konsert veriləcək

Yarmarkanı Kənd Təsərrüfatı və İqtisadiyyat nazirlikləri birlikdə təşkil edəcək. Yarmarkalarda ilk dəfə olaraq Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan DKTİM MMC-lərdə yetişdirilən xırda buynuzlu erkək heyvanlar satışa çıxarılacaq.

Qurban Bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi paytaxtın 4- müxtəlif ərazisində satış yarmarkası keçirəcək. Satış yarmarkaları Nərimanov rayonu (Əliyar Əliyev küçəsi 26, Keşlə bazarının yanı), Xətai rayonu ("Nargilə" kafesinin yanı), Səbail rayonu (Badamdar qəsəbəsi Seymur Məmmədov küçəsi 8) və Yasamal rayonunda (Şərifzadə küçəsi 196, "İdeal" şadlıq sarayının həyəti) təşkil olunacaq.

Sputnik Azərbaycan-ın əməkdaşı bu gün Yasamal rayonu Şərifzadə küçəsi 196 ünvanında satış yarmarkası keçiriləcək ərazidə olub. Nəzarətçilərin verdiyi məlumata görə, sabah saat 9.00 etibarən satış və kəsim həyata keçiriləcək. Bildirilib ki, bil yarmarkaya ancaq Azərbaycanda yetişdirilən heyvanlar çıxarılacaq: "Bu il heyvanların qiyməti 120-150 manat olacaq. Kəsim üçün isə qiymət 5 manat müəyyənləşdirilib".

Xəbər lenti
0