BAKI, 31 avqust — Sputnik. Tanınmış müğənnilər Qurban bayramında "Retro Bakı" layihəsində iştirak edəcəklər. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinindən məlumat verilib.
Məlumata görə, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı ilə keçirilən "Retro Bakı" layihəsinin növbəti konsertləri 01-02 sentyabr, saat 19:00-da Fəvvarələr Meydanında baş tutacaq.
Qurban bayramı ilə bağlı, "Retro Bakı"da tanınmış müğənnilər, xalq artisti Nazpəri Dostəliyeva və əməkdar artist Ədalət Şükürov zəngin konsert proqramı ilə çıxış edəcəklər. Bakı sakinləri və qonaqlarını maraqlı konsert və rəngarəng rəqslər gözləyir.