QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Dağlıq Qarabağ üçün sülhməramlılar" geri qayıdır

© interpolit.ruSülhməramlı qüvvələr
Sülhməramlı qüvvələr - Sputnik Azərbaycan
Abunə olmaq
Dağlıq Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsi ideyası yenidən gündəmə gəlir

BAKI, 29 avqust — Sputnik. ATƏT-in Minsk Qrupunun sabiq amerikalı həmsədri Riçard Hoqland bəyan edib ki, sülhməramlılar olmadan, uzunmüddətli sülh mümkün deyil. Amerikalı diplomat bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı razılığın son elementi kimi beynəlxalq təhlükəsizliyin zəmanəti qaçılmazdır.

Brüsseldə Şimali Atlantika Şurasının Əfqanıstan İslam Respublikasındakı Qətiyyətli Dəstək Missiyası formatında müdafiə nazirləri səviyyəsində görüş - Sputnik Azərbaycan
QARABAĞ
Dağlıq Qarabağ münaqişəsi NATO toplantısında qaldırılıb

Onun sözlərinə görə, anlaşmanın qalıcı olması və bölgənin təhlükəsizliyi naminə sülhməramlı qüvvələr mütləq bölgəyə yerləşdirilməlidir. Lakin diplomat sülhməramlıların kontingenti və hansı müddətə bölgəyə gətirilməsi ilə bağlı fikir bəyan etməyib.

Xatırladaq ki, münaqişənin nizamlanma prinsiplərindən sayılan sülhməramlı missiya zaman-zaman gündəmə gətirilib və geniş müzakirə mövzusu olub. Ancaq Azərbaycan tərəfi ölkə ərazisində başqa dövlətlərə məxsus silahlı qoşunların yerləşdirilməsinə qarşı çıxıb və bu prinsipi qətiyyətlə rədd edib. Buna baxmayaraq, sözügedən məqam köhnə və yeni Madrid müddəaları da daxil olmaqla, daha sonra ortaya atılan bütün həll paketlərində öz əksini tapıb.

Azərbaycan ərazisində digər ölkələrin hərbi birləşmələri yerləşdirilə bilməz. Münaqişə ətrafında baş verən hadisələr sülhməramlıların işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirilməsi prosesini sürətləndirməyə hesablanıb. Hazırda söhbət o istiqamətdə gedir ki, sülhməramlıların tərkibində hansı dövlətlərin nüfuz dairəsi daha artıq olacaq. Təbii olaraq, Rusiya istəyir ki, kontingentdə rus əsgərlərinin sayı çox olsun. ABŞ isə çalışır ki, öz silahlı qüvvələri geniş miqyasda təmsil olunsun.

Əlbəttə, burada hərbi birləşmələrin bərabər şəkildə bölünməsi məsələsi də var. Lakin bu amil biri-birinə qarşı duran tərəflərin, yəni ABŞ və Rusiyanın marağında deyil. Ona görə də sülhməramlılar məsələsində ümumi razılığa gəlmək mümkün olmur. Münaqişənin gərgin olaraq saxlanması, atəşkəsin dəfələrlə pozulması sülhməramlıların yerləşdirilməsi planının realizə olunması üçündür.

Amma mövcud ziddiyyət yaxın vaxtlarda sülhməramlı missiyasının reallaşmasını sual altında qoyur. Qeyd edək ki, adətən sazişlərdə sülhməramlıların hansı ölkələrdən ibarət olacağı, nə qədər müddətə ərazidə qalacağı, səlahiyyətlərinə aid olan məsələlər və s. öz əksini tapır.

Rusiya prezidenti Vladimir Putin və Ermənistan prezidenti Serj Sarkisyanın Sankt-Peterburqda görüşü - Sputnik Azərbaycan
TƏHLİL
"Putin planı", birtərəfli güzəşt və zəmanət tələbi...

Çox vaxt balans pozulmasın deyə əsgərlərin sayı bərabər olur. Hətta sülhməramlıların ölkəni tərk edərkən silahları təhvil verib-verməyəcəyi də anlaşmada qeyd edilir. Keçmiş SSRİ-yə daxil olan ölkələri, o cümlədən Şərqi Avropa dövlətlərini, Yaxın Şərq bölgəsini nəzərdən keçirsək, görərik ki, məlum məqsədlər üçün bölgəyə yerləşdirilən sülhməramlıların çıxış prosesi o qədər də asan baş vermir və qoşunların ərazidən çıxması ləngiyir. Bu baxımdan Azərbaycan dövləti haqlı olaraq ərazisinə xarici hərbi birləşmələri buraxmaq istəmir.

Qərb analitikləri hesab edirlər ki, əgər bölgəyə Rusiyanın hərbi birləşmələri gələcəksə, o zaman NATO silahlılarının aralıq müddətə Qarabağa gəlməsi daha optimaldır. Türk qoşunları da NATO üzvü kimi bölgəyə yerləşdirilə bilər. Ancaq çıxış vaxtı sənəddə mütləq göstərilməlidir.

Digər bir variant isə odur ki, Azərbaycan öz ərazisinin bütövlüyünü hərbi gücdən istifadə edərək, yəni qısa müddətli aralıq savaşa başlayaraq bərpa etsin. Azərbaycan üçün mürəkkəb siyasi situasiya yaranır. Bu məsələdə Türkiyənin qəti mövqeyi yalnız Azərbaycana yox, bütün Cənubi Qafqaza lazımdır. Çünki Rusiyanın ABŞ-la gərgin münasibətləri fonunda Qarabağda qoşun yerləşdirmək istəkləri həmişə gündəmdədir.

Xarici ölkə qoşunlarının Dağlıq Qarabağda yerləşdirilməsi Azərbaycanın maraqlarına cavab vermir. Yaxın tarixdə baş verən hadisələr də bundan xəbər verir. Azərbaycan hakimiyyəti xarici ölkə hərbi birləşmələrinin Dağlıq Qarabağda yerləşdirilməsinə razı olmaz. Elə bunun nəticəsidir ki, rəsmi Bakı Rusiyanın Azərbaycandakı sonuncu hərbi bazası – Qəbələ RLS-in boşaldılmasına nail oldu.

Halbuki Rusiya prezidenti və müdafiə naziri RLS-lə bağlı Bakı ilə müqavilənin uzadılmasına çalışırdılar. Lakin rəsmi Bakı buna getmədi. Çünki, Azərbaycan öz ərazisində xarici ölkənin hərbi bazalarının mövcudluğundan ehtiyat edirdi. Azərbaycan nə vaxtsa Qəbələdəki hərbi bazaya görə problemlə üzləşə bilərdi və Bakı bu addımı atdı.

Azərbaycan sülhməramlı qüvvələr məsələsində fərqli formul təklif edib: Sülhməramlı qüvvələrin tərkibində maraqlı tərəf kimi həmsədr dövlətlərin qoşunları iştirak etməsin. Bu yanaşma ATƏT tərəfindən də qəbul olunub. Ən yaxşı halda sülhməramlı qüvvələr Şərqi Avropa, Almaniya və Skandinaviya ölkələrinin hərbi birləşmələrindən formalaşa bilər. Türkiyənin sülhməramlılarının bölgəyə gəlişinə isə İrəvan razılıq vermir. Bu baxımdan, sülhməramlıların bölgəyə gəlişi bu mərhələdə real görünmür…

Xəbər lenti
0