CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət zəmanət verir ki, hər ailəyə təmirli, "Çıxarış"lı mənzil veriləcək

© Sputnik / Murad OrujovСнос домов на Советской, фото из архива
Снос домов на Советской, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Əgər bina icra hakimiyyətinin sərəncamı ilə sökülürsə və yerində yeni bina tikilirsə, bu, o deməkdir ki, proses dövlətin icazəsi ilə həyata keçirilir"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 29 avqust — Sputnik. Son zamanlar paytaxtda "söküntü bumu" yaşanır. Beşmərtəbəli köhnə binalar, həyət evləri sökülüb, yerində çoxmərtəbəli binalar tikilir. Təbii ki, bu söküntü-tikinti işləri zamanı vətəndaşlar və şirkət nümayəndələri arasında müəyyən problemlər yaşanır. Bəzən vətəndaşlar "zəmanət arayışı" tələb edir, bəzən şirkətlərə inamsız olduğunu bildirir, bəzən dəyərindən çox pul və ya mənzil sahəsi tələb edirlər. Bunun da səbəbləri olmamış deyil. Həqiqətən də, paytaxtda onlarla tikintisi yarımçıq qalmış bina var. Onların sakinlərinə mənzil vədinin taleyi isə sual altındadır.

Вид на Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda nəhəng söküntü qərarı: icra başçılarına təlimat verilib

Tikinti eksperti Elnur Fərzəliyev Sputnik Azərbaycan-a deyir ki, əgər tikinti dövlət layihəsidirsə, yəni tikinti-söküntü işləri müvafiq icra hakimiyyətinin sərəncamı ilə aparılırsa, bu zaman vətəndaşlarla razılıq danışığına tikinti şirkəti ilə yanaşı, müvafiq dövlət qurumunun da əməkdaşı gəlməlidir: "Həmin ərazidə olan bina sökülüb, yerində dövlət layihəsi ilə bina tikilirsə, ərazi üzrə MİS və ya İcra Hakimiyyətinin nümayəndəsi vətəndaşlarla görüş keçirib, vəziyyəti izah edir və vətəndaşlara İcra Hakimiyyətinin "Zəmanət Arayışı" təqdim edilir. Həmin zəmanətdə bildirilir ki, məsələn, filan İcra Hakimiyyəti sizə zəmanət verir ki, sizin bu binada olan mənziliniz sökülür, yerində yeni bina tikiləcək və sizə həmin binada, qazla, su ilə, elektrik enerjisi ilə təmin edilmiş, "Çıxarış"lı mənzil veriləcək. Dövlət zəmanəti budur".

"Əgər layihə dövlət layihəsi deyilsə, bu halda tikinti şirkəti vətəndaşla razılaşdırmadan binanı sökə və yerində yeni bina tikə bilməz. Bəzən belə hallarda uzun müddət davam edən məhkəmə proseslərinə rast gəlirik. Ancaq onu da qeyd etmək lazımdır ki, heç də hər zaman günah tikinti şirkətlərində olmur. Bəzən sakinlər tikinti şirkətindən evin dəyərindən dəfələrlə çox pul istəyirlər. Belə şirkətlərə yer ona görə verilir ki, binanı söküb yerində yeni bina tiksin və sakinlərə həmin binada yeni mənzil versin" — mütəxəssis bildirir.

E. Fərzəliyevin sözlərinə görə, bəzən ərazi sakinləri tikinti şirkətindən mənzil deyil, pul, 1 otaq əvəzinə 3 otaq, evin dəyəri 50 min manat olduğu halda 150 min manat tələb edirlər: "Bu kimi hallar çox baş verir. Düzünü desək, heç bir tikinti şirkəti sakinlərlə problem yaşamaq istəmir. Elə "Sovetski" deyilən ərazidən danışaq. Orada evlər çox kiçik idi. Məsələn, 20 kvadratmetr evi 3 otağa bölüb yaşayırdılar. Amma həmin sakinlər şəhərdə 3 otağın pulunu və ya şəhərdə 3 otaqlı ev tələb edirdilər. Halbuki, onun evinin dəyəri çox az idi".

"Vətəndaşlar çox zaman problemlərini evin üzərində saxlayırlar. Ümid edirlər ki, baha satıb problemlərini həll edəcəklər. Bəzən görürsən, ərazidən 100 mənzildən 90-nının sakini köçüb. Vətəndaşla razılığa gəlinib. Vətəndaş bilir ki, 50 kvadratmetrlik evinin əvəzinə 70 kvadratmetr təmirli ev alacaq. 5-10 mənzilin sakini isə daha çox pul və ya otaq istədiyi üçün qalır. Yəni, hər zaman günah tikinti şirkətlərində olmur" — müsahibimiz vurğuyayır.

Fərzəliyev qeyd edir ki, əgər bina İcra Hakimiyyətinin sərəncamı ilə sökülürsə və yerində yeni bina tikilirsə, bu, o deməkdir ki, ərazi dövlətin icazə ilə sökülür və tikilir: "Sadəcə olaraq bu zaman vətəndaşlarla qarşılıqlı razılığa gəlinməlidir".

Sökülmüş mənzil - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda qalmaqal: Hökumətin "sökmə" dediyini sökən peyda olub

Hüquqşünas Asif Abdullayev isə Sputnik Azərbaycan-a bildirir ki, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qanuna əsasən, vətəndaşın mülkiyyətində olan daşınmaz əmlak yalnız dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi və dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi üçün alına bilər.

"Söküntü işlərinin aparılması ilə bağlı digər əsas istinad nöqtəsi – Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarıdır. Qərara əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazilərində yerləşən bəzi binaların söküntüsünü nəzərdə tutur. Bunun əvəzində isə binada yaşayan şəxslərə, yeni bina inşa edilib istifadəyə verilənədək onlara kirayə pulu MTK tərəfindən ödənilməlidir. Bu qərarın məqsədi ondan ibarətdir ki, köhnəlmiş, qəzalı vəziyyətdə olan binaların sökülməsi nəticəsində, onların yerində daha müasir binaların tikintisi təmin edilsin" — Abdullayev diqqətə çatdırır.

Hüquqşünas bildirir ki, hər MTK-nın apardığı söküntü və tikinti işləri 86 nömrəli qərarla icrasına başlanmış "pilot layihə"yə aid deyil və həmin qərarın tələbləri o məsələlərə aid edilə bilməz: "Tikinti şirkətinin qanunazidd əməli ilə rastlaşan şəxslər məhkəməyə müraciət edə bilərlər. Hətta məhkəmə yekun qərar qəbul edənədək, məhkəmə tərəfindən tikinti işlərinin aparılması tikinti şirkətinə qadağan edilə bilər".

Xəbər lenti
0