BAKI, 29 avqust — Sputnik. "Barselona"dan ayrılacağı deyilən türk futbolçu Arda Turana Fransadan təklif gəlib. Sputnik Azərbaycan "Milliyet"-ə istinadən xəbər verir ki, bu barədə İspaniyanın "El Mundo Deportivo" qəzeti məlumat yayıb.
Qəzetin xəbərinə görə, “Monako” klubu Arda Turanı heyətinə qatmaq istəyir. Ulduz futbolçunun həftə sonuna qədər "Barselona"dan ayrılacağı və yeni klubu ilə müqavilə imzalayacağı iddia olunur.