BAKI, 28 avqust — Sputnik. Fransanın paytaxtı Paris şəhərində keçirilən güləş üzrə dünya çempionatı başa çatıb. Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, çempionatda 1 qızıl və 1 bürünc medal qazanan sərbəst güləş yığmamız ötən gecə Vətənə qayıdıb.
Sərbəst güləş yarışlarında 61 kq-da mübarizə aparan Hacı Əliyev qızıl medal və sərbəst güləş tarixində ilk üçqat Dünya çempionu adını qazanıb. Aslanbek Alborov (97 kq) isə çempionatı bürünc medalla başa vurub.
Pəhləvanlarımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında Güləş Federasiyasının rəsmiləri, yığma komandanın məşqçiləri, idmançıların ailə üzvləri və KİV nümayəndələri qarşılayıb.