Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Tanınmış məşqçimiz jurnalistlərə müraciət etdi

© apasport.azAğasəlim Mircavadov
Ağasəlim Mircavadov - Sputnik Azərbaycan
Abunə olmaq
Son vaxtlar həm mətbuatda, həm də sosial şəbəkələrdə Əfran İsmayılov əleyhinə gedən yazılardan xəbərdar olduğunu deyən Mircavadov, jurnalistlərdən Əfrana ürək-dirək olmasını xahiş edib

BAKI, 24 avqust — Sputnik. "Kimin kimdən xoşu gəlmirsə, bu onun öz işidir. Ancaq Əfran çox güclü futbolçudur". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında millinin keçmiş baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Kopenhagen-Qarabağ matçı - Sputnik Azərbaycan
İDMAN
“Qarabağ” üçün doğma və rəqib meydan anlayışı yoxdur"

Son vaxtlar həm mətbuatda, həm də sosial şəbəkələrdə Əfran İsmayılov əleyhinə gedən yazılardan xəbərdar olduğunu deyən Mircavadov, jurnalistlərdən Əfrana ürək-dirək olmasını xahiş edib: "Əfran haqda mənfi yazanlar istəyirlər ki, o hər oyun əla performans göstərsin. Ancaq bu futboldur. Hərdən səhvlər də olur. Normal qarşılamaq lazımdır".

"Əfran futbol savadına görə üstün səviyyəli oyunçudur. Ona görə də, mən jurnalistlərdən xahiş edirəm ki, Əfranı qaralamaq yox, ona ürək-dirək vermək lazımdır. Səhv harada olur? Səhv işləyən adamda olur. Əfran da üzərində çox işləyir. Arada səhvlər olmasını adi qarşılamaq lazımdır" — Mircavadov vurğulayıb.

Xəbər lenti
0