CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda 7 milyon kubmetr həcmində məişət tullantısı əmələ gəlib

© Sputnik / Murad OrujovМероприятие, посвященное борьбе со стихийными свалками в Баку
Мероприятие, посвященное борьбе со стихийными свалками в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı şəhərində tullantıların utilizasiyasının vəziyyəti və təmizlik qaydalarına riayət etməyənlərə qarşı görülən tədbirlər barədə mətbuat konfransı keçirilib

BAKI, 24 avqust — Sputnik. Avqustun 24-də Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində hazırda Bakı şəhərində tullantıların utilizasiyasının vəziyyəti və təmizlik qaydalarına riayət etməyənlərə qarşı görülən tədbirlərlə bağlı mətbuat konfransı keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və "Təmiz şəhər" ASC-nin nümayəndələri iştirak ediblər.

Ərazidə çirkab sularının qoxusundan yaşamaq mümkün deyil - Sputnik Azərbaycan
CƏMİYYƏT
Şəhəri zibilləyənlər cərimələndi

"Təmiz şəhər" ASC-nin şöbə müdiri Sabit Zeyniyev təmsil etdiyi qurumun fəaliyyəti barədə danışıb: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6 avqust 2008-ci il tarixində, "Bakı şəhərində məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsi haqqında" sərəncam imzalayıb. 12 mart 2009-cu ildə isə bu sərəncama uyğun olaraq yaradılan "Təmiz şəhər" ASC fəaliyyətə başlayıb. Sərəncama əsasən tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi işləri ASC-yə həvalə olunub. Tullantıların toplanması və daşınması isə Bakı şəhər İcra Hakimiyyətində qalır. Yəni, onlar tullantıları toplayıb daşıyır və "Təmiz şəhər" ASC-yə təhvil verirlər".

O, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun fəaliyyəti barədə məlumat verərək, zavodun istehsalat gücünə görə Şərqi Avropada və MDB məkanında bu tipli ən iri müəssisə olduğunu vurğulayıb: "Dördüncü nəsil (4G) texnologiyaların tətbiqi ilə qurulan bu müasir zavod Avropa Birliyinin ətraf mühitin mühafizəsi sahəsində standartlara tam cavab verir. Bu zavod il ərzində 500 min ton tullantını yandırmaq gücünə malikdir. Burada tullantılar yandırılaraq, həcmi 10 dəfə azaldılır və elektrik enerjisi hasil olunur".

© Sputnik / Murad OrujovBakı şəhərində tullantıların utilizasiyasının vəziyyəti və təmizlik qaydalarına riayət etməyənlərə qarşı görülən tədbirlərlə bağlı mətbuat konfransı
Bakı şəhərində tullantıların utilizasiyasının vəziyyəti və təmizlik qaydalarına riayət etməyənlərə qarşı görülən tədbirlərlə bağlı mətbuat konfransı - Sputnik Azərbaycan
1/5
Bakı şəhərində tullantıların utilizasiyasının vəziyyəti və təmizlik qaydalarına riayət etməyənlərə qarşı görülən tədbirlərlə bağlı mətbuat konfransı

2/5

3/5

4/5

5/5

S. Zeyniyev deyib ki, Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodu məişət tullantılarının çeşidlənməsi və ölkədə təkrar istehsal biznesinin inkişaf etdirilməsi məqsədilə yaradılıb. Zavodun illik gücü 200 min tondur. Çeşidləmənin aparılması nəticəsində təkrar emal üçün yararlı olacaq kağız, şüşə, plastik, əlvan metal, dəmir və digər xammallar ayrılır ki, bu da tullantıların ümumi həcmini azaldır, ucuz xammal bazarı formalaşdırır, ölkədə təkrar emal qurulması üçün zəmin yaradır, enerjiyə qənaət olunur və ən önəmlisi tullantıların ətraf mühitə mənfi təsirini azaldır.

"Təmiz Şəhər" ASC-nin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elmar Məlikov qurumun maarifləndirici və pilot layihələri ilə bağlı danışıb: "Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qala qəsəbəsi ərazisində pilot layihə kimi tullantıların düzgün idarə edilməsi sisteminin qurulması üçün "Təmiz Şəhər" ASC tərəfindən "Təmiz Qala" layihəsi həyata keçirilir. Layihənin məqsədi Qala qəsəbəsi ərazisində tullantılarının yığımının və daşınmasının, o cümlədən sonrakı utilizasiyasının müasir standartlara uyğun təşkil etməkdir. Tullantıların idarə edilməsinin düzgün və səmərəli icrası məqsədi ilə tullantıların üzvi və qeyri-üzvi tullantılar üzrə çeşidlənməsi sistemi tətbiq edilir. Bu məqsədlə iki müxtəlif rəngdə – yaşıl və göy rəngdə konteynerlər təchiz edilib. Qəsəbə sakinlərinin çeşidləmə prosesində fəal iştirakını təmin etmək üçün bu istiqamətdə əhali arasında geniş təşviqat işləri həyata keçirilir".

Onun sözlərinə görə, bütün dünyada olduğu kimi, ölkəmizdə də dəniz mövsümündən sonra sahillərdə müşahidə olunan çirklənməni nəzərə alaraq, IDEA İctimai Birliyi və "Təmiz Şəhər" ASC hər il Bakı çimərliklərində yüzlərlə gəncin iştirakı ilə sosial aksiyalar təşkil edir: "Sahillər təmiz qalsın!" şüarı altında keçirilən aksiyanın məqsədi sahilyanı ərazilərin çirkləndirilməsi və zibillənməsinin qarşısının alınması, o cümlədən dəniz sahillərində təmizliyə riayət olunması ilə bağlı ictimaiyyətin maarifləndirilməsidir".

Bakıda V Beynəlxalq “Tullantıdan sənətə” sərgisi açılıb - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Bakıda V Beynəlxalq “Tullantıdan sənətə” sərgisi açılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin sektor müdiri Vaqif Mansurov deyib ki, bütün böyük şəhərlərə xas olan çirklənmə halları Bakı şəhərində də var: "Lakin bununla belə, Departament öz fəaliyyətində ətraf mühitin mühafizəsi istiqamətində çox böyük işlər görür. Təkcə keçən il tərəfimizdən 75 akt və 90 protokol tərtib olunub. Aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün müəssisə, təşkilat rəhbərlərinə, fiziki şəxslərə, sahibkarlıq subyektlərinə 63 məcburi göstəriş verilib. Eyni zamanda, "Tullantılar haqqında" qanunvericiliyin pozulmasına görə hüquqi, fiziki və digər vəzifəli şəxslərə qarşı 89 fakt üzrə 83 min 200 manat məbləğində cərimə qərarı tətbiq olunub. 85 fakt üzrə işlər hüquq-mühafizə orqanlarına göndərilib. Yenə də tullantıların idarə olunması sahəsində müəyyən qanun pozuntularına rast gəlinir. Son illərdə qeyri-qanuni tullantıxanaların sayı olduqca aşağı düşüb".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Adil Zeynalov məişət tullantılarının idarə olunmasından danışıb: "Bu, Azərbaycan üçün uzun illərdir ki, aktualdır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2017-ci ilin 1 yanvar tarixinə Azərbaycanda 7 milyon kubmetr həcmində məişət tullantısı əmələ gəlib. Bu həcmdə tullantının idarə olunması daha mükəmməl prinsip tələb edir. Əgər Bakıda məişət tullantılarının idarə olunmasında müəyyən irəliləyişlərə nail olunubsa, regionlarda bu problem hələ də qalır. Hələ də primitiv üsul tətbiq olunur. Məişət tullantılarının ətraf mühitə təsiri artmaqda davam edir. Sakinlərin maarifləndirilməsi mütləq lazımdır. KİV-lər də bu istiqamətdə bir az da səy göstərməlidirlər. Verilişlərdə ekoloji məsələlərə daha çox yer ayrılmalıdır. Bütün regionlarda tullantıların idarə olunması təkmilləşdirilməlidir".

Sonra jurnalistlərin sualları cavablandırılıb.

Xəbər lenti
0