CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hökumətin belə bir qərarından xəbəriniz var idi?

CC0 / Gaieus / Pets İt və pişik, arxiv şəkli
İt və pişik, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bütün heyvan sahibləri üçün vacib məlumat

BAKI, 23 avqust — Sputnik. Küçələrdə, bazarlarda, bağçalarda, bulvarda, çimərliklərdə, nəqliyyat vasitələrində və digər ictimai yerlərdə sahibsiz itlər, pişiklər, hətta cins itlər (xaltalı, jetonlu, buruntaqlı) sahibsiz heyvanlar saxlayan müəssisələr tərəfindən götürülməlidir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011–ci il 38 saylı qərarı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları"nda qeyd olunub.

Бешеная собака. Архивное фото - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sahibsiz heyvanlarla bağlı həyəcan təbili çalındı

Belə ki, əgər ev heyvanlarınızı sahibsiz buraxsanız, "Ev heyvanlarının mühafizəsi haqqında" Avropa Konvensiyasının tələblərinə uyğun olaraq, ixtisaslı mütəxəssislərin nəzarəti altında xüsusi vasitələrlə sahibsiz ev heyvanlarınız ovlana bilər.

Qaydalarda həmçinin qeyd edilir ki, sahibsiz heyvanları qəbul edən təşkilat 5 gün müddətində cins heyvanın kimə məxsus olması təsdiq edildikdə (qeydiyyat vəsiqəsi, baytarlıq şəhadətnaməsi və s.), heyvanın sağlamlığına dair baytar həkiminin verdiyi müsbət rəydən sonra onu sahibinə qaytarmalıdır. Əgər sizin sahibsiz buraxdığınız ev heyvanınızda yoluxucu xəstəliklər aşkarlanarsa, ev heyvanları (o cümlədən, sahibsiz heyvanlar) insan həyatı, yaxud ərazinin epizootoloji sabitliyi üçün təhlükə törətdikdə, baytar həkiminin rəyinə əsasən müəyyən edilmiş üsullarla öldürülərək məhv edilə bilər.

© © KarikaturaSahibin yanında yoxdursa, qaç canını qurtar
Sahibin yanında yoxdursa, qaç canını qurtar - Sputnik Azərbaycan
Sahibin yanında yoxdursa, qaç canını qurtar

Qərarda o da bildirlir ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müvafiq qaydaları mütəmadi olaraq pozan və nöqsanların aradan qaldırılmasını təmin etməyən heyvan sahibləri haqqında, dövlət sanitariya-epidemioloji və ərazi baytarlıq idarələrinin təqdimatına əsasən yerli icra hakimiyyəti orqanı həmin şəxsi ev heyvanı saxlamaq hüququndan məhrum etmək məqsədi ilə məhkəməyə müraciət edə bilər.

Xəbər lenti
0