Son zamanlar insanların evsiz heyvanlarla qəddar rəftarı hallarının çoxalmasının şahidi oluruq. Lakin çox vaxt bu halların səbəbkarları olan şəxslər cəzadan boyun qaçıra bilirlər.
Bir neçə il əvvəl İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilərək heyvanlarla pis rəftara görə nəzərdə tutulan cərimələr dəfələrlə artırılsa da, bu cərimələr qaydaları pozanlara qarşı demək olar ki, tətbiq edilmir.
Bu yaxınlarda KİV-də Bakı sakinlərinin sahibsiz iti avtomobillə necə sürüdüklərini göstərən video yayımlandı və bu hadisə insanların narazılığına səbəb oldu, Xəzər rayon polisi məsələ ilə bağlı araşdırmaya başladı.
10 avqust saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində sahibsiz heyvanlar probleminə, bu sahədəki vəziyyətə, evsiz heyvanlar üçün sığınacaqların fəaliyyətinə həsr edilmiş heyvanların müdafiəsi üzrə fəalların mətbuat konfransı keçiriləcək. Tədbirdə həmçinin Bakı şəhər Baytarlıq İdarəsinin nümayəndələri iştirak edəcək.
Əlaqələr:
Telefonlar: 404-13-86
E-mail: t.barkhudaev@sputniknews.com
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə (Beynəlxalq Mətbuat Mərkəzinin binası), Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi