ELM

Nazirlikdən müəllimlərin işə qəbulu ilə bağlı açıqlama

© Sputnik / Murad OrujovМинистерство образования Азербайджанской Республики
Министерство образования Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlik: Sentyabrda müəllimlərin işə qəbulu üzrə müsabiqənin əlavə yerləşdirmə mərhələsi keçiriləcək

BAKI, 22 avqust — Sputnik. "Sentyabr ayında müəllimlərin işə qəbulu üzrə müsabiqənin əlavə yerləşdirmə mərhələsi keçiriləcək". Sputnik Azərbaycan xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.

Müəllimlərin imtahanı, arxiv şəkli - Sputnik Azərbaycan
İmtahanda fırıldaq işlətmək istəyən dörd müəllim faş edilib

O bildirib ki, hazırda ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada aparılan müəllimlərin işə qəbulu üzrə müsabiqənin son mərhələsi keçirilir: "Müsabiqə mərhələsində müəllimlərin psixoloji durumu, praktik, metodik bilikləri yoxlanılır. Namizədlər müsabiqə mərhələsinə hazırlıqlı gəliblər. Onlara öncədən ixtisaslarına uyğun mövzular təqdim olunub".

Müdir müavininin sözlərinə görə, müəllimliyə namizədlərdən müsahibə götürən komissiya 3 nəfərdən ibarətdir: "Komissiya üzvlərindən bir nəfər fənn müəllimi, bir nəfər qabaqcıl məktəblərin rəhbərlərindən biri, bir nəfər isə Təhsil Nazirliyinin əməkdaşıdır. Bu mərhələyə 5225 nəfər keçib. Bu mərhələ bitəndən sonra sentyabrın əvvəli əlavə yerləşdirmə mərhələsi keçiriləcək".

E. Bağırov qeyd edib ki, müsahibənin nəticələri növbəti həftənin əvvəli hər bir müəllimin şəxsi səhifəsində yerləşdiriləcək: "Bu il ilk dəfə olaraq fiziki tərbiyə, musiqi, təsviri incəsənət müəllimləri üçün mərhələlərin yeri dəyişib. Onlar əvvəlcə müsahibə mərhələsinə dəvət olundular, ordan uğurla keçənlər növbəti mərhələyə buraxıldılar".

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi avqust ayının 21-dən etibarən başlayıb. Müsabiqə avqustun 26-da başa çatacaq.

Xəbər lenti
0