CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İmtahanda fırıldaq işlətmək istəyən dörd müəllim faş edilib

© Photo : REPORTMüəllimlərin imtahanı, arxiv şəkli
Müəllimlərin imtahanı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Təhsil Nazirliyi: "Qaydaları pozurlar. Etik davranışları müəllimliyə yaraşmır".

BAKI, 4 avqust — Sputnik. Bu il ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahan mərhələsindən 4 nəfər telefon və elektron əşyalar keçirməsi səbəbindən çıxarılıb.

Sputnik Azərbaycan APA-ya istinadla bildirir ki, bunu Təhsil Nazirliyinin sektor müdiri Rasim Məmmədov deyib. O, müəllimliyə imtahan verən bəzi şəxslərin nəticələrinin uğurlu olmadığını, davranışlarının seçdikləri peşəyə uyğun gəlmədiyini qeyd edib.

Rasim Məmmədov bildirib ki, telefon və elektron əşyaların imtahana keçirilməsinin qadağan edildiyi barədə xəbərdarlıqlara baxmayaraq, hər kəs buna cəhd edir.

4 nəfərin bu səbəbdən imtahandan çıxarıldığını deyən R.Məmmədov qeyd edib ki, müəllimliyə imtahan verən bəzi şəxlərin nəinki nəticələri uğurlu deyil, davranışları da seçdikləri peşəyə uyğun gəlmir: "Qaydaları pozurlar. Etik davranışları müəllimliyə yaraşmır".

Xəbər lenti
0