Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Milli Karate Federasiyası söz-söhbətə son qoydu

© Sputnik / Murad OrujovAzərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirov
Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirov - Sputnik Azərbaycan
Abunə olmaq
Federasiya prezidenti Yaşar Bəşirov mətbuatda gedən yazıların şişirdildiyini qeyd edib.

BAKI, 18 avqust — Sputnik. Son günlər ölkə mətbuatında Azərbaycan Karate Federasiyasında ciddi krizis yaşandığı, idmançılara 1 ildir maaş verilmədiyi, hətta məşq zallarının belə əllərindən alınması ilə bağlı yazılar dərc edilib.

Məsələyə münasibət bildirən federasiya prezidenti Yaşar Bəşirov Sputnik Azərbaycana özəl açıqlamasında, mətbuatda gedən yazıların şişirdildiyini qeyd edib:

"Etiraf edək ki, dünyada böhran var. Yəni, bu tək bizim ölkənin problemi deyil. İqtisadi böhranla əlaqədar olaraq maddi sıxıntılar var. Ancaq bu o demək deyil ki, biz dünənki günü yaddan çıxarmalıyıq. Bilirsiz ki, bizim dövlətimiz kimi idmançıya yüksək səviyyədə qiymət verən dövlətlər azdır. Şəxsən cənab prezident özü bu işlə məşğuldur. Prosesin üzərində möhkəm durub. Çünki o bilir ki, idmançılar dövlətin bayrağını qaldıran insanlardır. Bizə hər dəfə, istər Olimpiya oyunlarında, istər dünya çempionatında, istərsə də Avropa oyunlarında ən yüksək səviyyədə qiymət verilib. Biz bu oyunlarda ölkəmizi layiqincə təmsil etdik və cavabını da aldıq. İdmançılarımız və məşqçilərimiz böyük məbləğdə pul mükafatları aldı. Təəssüf ki, bunu yaddan çıxaran insanlar var. Onlar mövcud krizisdən istifadə edərək Federasiyaların bərbad günə düşdüyünü söyləyirlər. Halbuki bu səhv yanaşmadır. Müəyyən çətinliklər, problemlər hər yerdə hər zaman ola bilər. Çətin günlər də olur, asan günlər də".

Yaşar Bəşirov mediada Federasiya barədə yazılanlara da münasibət bildirib: "Ortalıqda gəzən söz-söhbətə gəlincə, ola bilsin ki, bizim uşaqlardan heç kim heç nə deməyib. Hansısa jurnalist bizim ağzımızdan, adımızdan danışır. Ona görə, mən çox xahiş edirəm, Federasiyanın adından heç kim danışmasın. Kimin sözü yaxud sualı varsa gəlsin ya mənimlə ya da 1-ci vitse-prezident Rəhman müəllimlə görüşsün. Mediada dolaşan informasiya birbaşa dövlətə zərbə vurmaq məqsədi güdür. Hazırda maaşla bağlı müəyyən problemlərimiz olsa da İnşaAllah tezliklə həll olacaq. Yaxın günlərdə sponsorumuz da olacaq. Dövlət hər zaman bizim üçün əlindən gələni edib, düşünürəm ki, bundan sonra da edəcək" — Başirov bildirib.

© Sputnik / Murad OrujovAzərbaycan Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmov
Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmov - Sputnik Azərbaycan
Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmov

Vitse-prezident Rəhman Hətəmov da Sputnik-ə danışıb: "Bizdə hər şey şəffafdır və göz qabağındadır. Mətbuat katibimiz bu gün jurnalistləri açıq söhbətə dəvət elədi. Onlara sübut etdi ki, nə zalımızı, nə də ofisimizi heç kəs əlimizdən almayıb. Hər şey öz qaydasındadır. Uşaqlar da müntəzəm olaraq məşqlərinə davam edirlər. Sadəcə maaşla bağlı problem olduğunu etiraf etdi. Sonuncu dəfə 3 ay bundan əvvəl maaş vermişik. Bu müvəqqəti çətinlikdir və tezliklə həll olacaq".

Xəbər lenti
0