CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Quba-Qusar magistralı: uşaqların ölümlə rəqs etdiyi yol

© Sputnik / Leyla AbdullayevaYol kənarlarında meyvə-tərəvəz satan uşaqlar
Yol kənarlarında meyvə-tərəvəz satan uşaqlar - Sputnik Azərbaycan
Abunə olmaq
Müştəriləri aldadır, uşaqlarının həyatını isə təhlükəyə atırlar

Leyla Abdullayeva,  Sputnik Azərbaycan

BAKI, 15 avqust — Sputnik. Azərbaycanın bir çox rayonlarında yol kənarlarında meyvə-tərəvəz satılan kiçik bazarlara və səyyar satıcılara rast gəlmək mümkündür. Belə bazarları daha çox şimal bölgəsində — Quba-Qusar magistralında görmək olar. Demək olar ki, hər 100 metrdən bir olan bu məkanlarda satıcılar əsasən uşaqlar və yaşlı qadınlardır.

Belə bazarların yerli əhalinin sosial vəziyyətlərinin yaxşılaşmasına müsbət təsiri olsa da, turistlər üçün mənfi tərəfləri var.

Sputnik Azərbaycan-ın bölgə müxbiri sözügedən ərazidən keçən yerli turistlərin bu mini-bazarlarla bağlı fikirlərini soruşub.

© Sputnik / Leyla AbdullayevaYol kənarında səyyar meyvə-tərəvəz satışı
Yol kənarında səyyar meyvə-tərəvəz satışı - Sputnik Azərbaycan
Yol kənarında səyyar meyvə-tərəvəz satışı

Məlum olub ki, digər bazarlara nisbətən belə bazarlarda qiymətlər həddindən artıq bahadır. Özü də burada meyvə-tərəvəz çəki ilə deyil, ya vedrə ilə, ya da yeşiklə satılır. Bu da bəzən müştərilərin daha çox çəkidə aldanmasına səbəb olur.

Səyyar balıq satıcıları - Sputnik Azərbaycan
CƏMİYYƏT
Burada hər kəs hər şeydən şikayətçidir

Sözügedən bölgə meyvələrdən — gilas, gilənar, ərik, şaftalı və almanın bol olduğu məkandır. Burada bu meyvələri başqa rayonlara nisbətən daha ucuz alacağını düşünən turistlər tam əks mənzərə ilə qarşılaşırlar.

Bu bazarların bir problemi də satılan məhsulların nə dərəcədə gigiyenik olub-olmaması ilə bağlıdır. Meyvə-tərəvəz açıq şəraitdə saxlanılır ki, gün ərzində bu yollardan keçən minlərlə maşının təkərindən qopan çirk onların üstünə hopur.

Burada azyaşlı uşaqların satıcılıq etməsi də bir başqa problemdir. Bu uşaqların əməyi qışın soyuğunda, yayın istisində istismar olunur. Onlar yol kənarlarında dayanır, mallarını satmaq üçün az qala özlərini maşınların qabağına atırlar. Almaniyadan ölkəmizə təşrif buyuran turist Ştefan Zukker əməkdaşımıza əlindəki meyvə paketi ilə maşınların qarşısına keçən və öz meyvəsini satmaq üçün bir-birini itələyərək özünü qabağa atan uşaqları göstərərək deyib: "Bu meyvəni satmaq üçün rəqabət deyil. Burada uşaqlar həqiqətən ölümlə rəqs edirlər".

© Sputnik / Leyla AbdullayevaAçıq satışda olan şaftalı və alma
Açıq satışda olan şaftalı və alma - Sputnik Azərbaycan
Açıq satışda olan şaftalı və alma

Bu hal uşaqların öz həyatlarını və sağlamlıqlarını böyük riskə atmaqla yanaşı, ərazidən keçən avtomobillərin sürücülərinin də narahatlığına səbəb olur. Burada uşaqlarını satıcılığa göndərən valideynlərin isə məsələyə münasibəti belədir: "Uşaqlar bizimdir, biz bilərik. Pis iş görmürlər ki, pul qazanırlar".

Əlbəttə uşaqları kiçik yaşlarından əməyə alışdırmaq yaxıdır. Amma valideynlər unudurlar ki, bu zaman onların həyatını təhlükəyə atmaq olmaz. Və ən əsası, uşaq əməyinin istismarı ölkə qanunvericiliyi ilə qadağandır. Bizim ölkədə uşaqların hüquqları qanun və beynəlxalq konvensiyalarla qorunur.

Xəbər lenti
0