BAKI, 15 avqust — Sputnik. Ağdamın "Qarabağ" futbol komandası bu gün UEFA Çempionlar Liqasının play-off mərhələsi çərçivəsində Bakıda Danimarkanın "Kopenhagen" klubu ilə qarşılaşıb. Azərbaycan futbolu tarixində ilk dəfə ölkəmiz bu raundda təmsil olunur.
Tofiq Bəhramov adına Respublika stadionundakı görüşü italiyalı hakimlər briqadası idarə edib.
Oyunda hesabı 25-ci dəqiqədə Mahir Mədətov açıb — 1:0. Oyun elə bu hesabla başa çatıb.
“Qarabağ”la “Kopenhagen” arasında cavab oyunu avqustun 23-də keçiriləcək. Cütün qalibi Çempionlar Liqası, məğlub komanda Avropa Liqasının qrupunda oynayacaq.