Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qarabağ" və Azərbaycan bir ilkə imza atırlar

© Sputnik / Murad OrujovФутбольный матч Карабах – ПАОК (Греция)
Футбольный матч Карабах – ПАОК (Греция) - Sputnik Azərbaycan
Abunə olmaq
"Qarabağ" qitənin ən nüfuzlu klub turnirində “pley-off”a vəsiqə qazanmaqla ilkə imza atıb

BAKI, 15 avqust — Sputnik. Bu gün “Qarabağ” komandası futbol üzrə Çempionlar Liqasının “pley-off” mərhələsində ilk oyununu keçirəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, Ağdam təmsilçisi paytaxtda Danimarka çempionu “Kopenhagen”i qəbul edəcək. Oyun Bakı vaxtı ilə 20.00-da başlayacaq. 

"Qarabağ" qitənin ən nüfuzlu klub turnirində “pley-off”a vəsiqə qazanmaqla ilkə imza atıb.

Son üç mövsümdə Avropa Liqasının qrup mərhələsində mübarizə aparan “Qarabağ” bu il Çempionlar Liqasının qrup mərhələsinə düşməklə Azərbaycan üçün daha bir ilki həyata keçirə bilər. 

Qeyd edək ki, “Qarabağ”la “Kopenhagen” 1998/99 mövsümünün Kuboklar Kubokunda üz-üzə gəliblər. Həmin vaxt iki oyunun cəmində 0:10 (0:6 və 0:4) Ağdam təmsilçisi məğlub olub.

Xəbər lenti
0