ELM

Millət vəkili təhsil haqlarına görə naziri topa tutdu

CC0 / Wokandapix / EducationTələbə, arxiv şəkli
Tələbə, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Aqil Abbas: "Təhsil haqqını ödəyə bilmədiyinə görə kimlərsə intihar edib, intihara cəhd edib, övladının gözünə baxa bilmədiyinə görə valideyn intihar edib"

BAKI, 15 avgust — Sputnik. Millət vəkili Aqil Abbas ali məktəblərin ödənişli ixtisaslarına qəbul olan tələbələrdən bir illik təhsil haqqının bəri başdan tələb edilməsinə etiraz edib.

Sputnik Azərbaycan moderator-a istinadla xəbər verir ki, deputat bu il ali məktəblərə 36 min tələbənin qəbul olunduğunu, onların da təxminən 26 mininin ödənişli ixtisasa düşdüyünü qeyd edib.

"Bazar iqtisadiyyatıdır, təhsilimizdə də bazarlıq gedir. Dünyanın inkişaf etmiş ölkələrində də belə bir bazarlıq var. Məsələ nədir? Universitetlərə daxil olan tələbələr dərs ili başlamamışdan əvvəl bir illik təhsil haqqını bəri başdan ödəməlidirlər. Təhsil haqqı da 2000 manatdan başlayır, vurub kəllə-çarxa da çıxır. Yəni bir tələbənin ən aşağı bir illik təhsil haqqı bir illik minimum əmək haqqından 1.5 dəfə çoxdur. Kəllə-çarxa vurub çıxanlarınkı isə orta aylıq əmək haqqından çoxdur. Nəticədə yüzlərlə tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə universitetlərdən kənarda qalır. Və universitetlər də nə qədər ziyana düşür" — deyə millət vəkili bildirib. 

Студенты в аудитории, фото из архива - Sputnik Azərbaycan
ELM
Təhsil haqqı artırılır, təhsil səviyyəsi düşür: çıxış yolu varmı?

O, "dünya dağılar, bunu hissə-hissə ödəsələr, ya yarı-yarı ödəsələr?!" deyə ritorik sual da verib. Həmçinin xatırladıb ki, təhsil haqlarını ödəyə bilmədiklərinə görə, ölkəmizdə nə qədər adam intihar edir:

"Nə qədər eşidirik, təhsil haqqını ödəyə bilmədiyinə görə kimlərsə intihar edib, ya intihara cəhd edib. Və yaxud övladının gözünə baxa bilmədiyinə görə valideyn intihar edib. Məcbur olub evini, çörək ağacı olan mal-heyvanını satan, borca düşən, bankların əsiri olan ata-anaları demirəm".

Aqil Abbas bununla bağlı təhsil naziri Mikayı Cabbarova da səslənib: "Hörmətli təhsil naziri Mikayıl Cabbarov, hörmətli rektorlar, bəlkə bir yerə yığılıb götür-qoy edəsiniz, bir əncam fikirləşəsiniz. Ulu Öndər Heydər Əliyev deyirdi: "Təhsil millətin gələcəyidir". Milləti gələcəksiz qoymayın!" 

Azərbaycan Respublikasının Təhsil Nazirliyi - Sputnik Azərbaycan
ELM
Nazirlik tələbələrə vaxt verdi: Gecikməyin

Xatırladaq ki, bir illik təhsil haqlarının qabaqcadan tələb edilməsi təkcə tələbələrin valideynlərinin deyil, ictimai fəalların da narazılığına səbəb olub. Tarixçi alim Altay Göyüşov bir illik təhsil haqlarının qabaqcadan alınmasını camaata verilən əziyyət kimi qiymətləndirib. O, özünün facebook profilində bu barədə yazıb: "Ödənişliyə qəbul olunan adamdan bir illik pulu əvvəldən almazlar, bir semestrin pulunu alarlar. Mən xaricdə işləmişəm, belə görmüşəm". O, eyni zamanda hökumətə belə bir ritorik sual da ünvanlayıb: "Olmaz ki, bir dəfə də qəbul etdiyiniz qərar camaatın işini asanlaşdırmaq üçün olsun?!"

Onun statusunu şərh edən bir neçə nəfər məhz təhsil haqqının qabaqcadan tələb olunması səbəbindən ali təhsildən məhrum olduğunu, universiteti yarımçıq buraxdığını qeyd edib.

Xaricdə təhsil alan şəxslər xarici universitetlərdə bir illik təhsil haqqı anlayışının olmadığını, yalnız 1 semestrin, yaxud da Boloniya sistemi üzrə götürülmüş bir və ya bir neçə kreditin haqqının qabaqcadan tələb olunduğunu bildirirlər. Eyni zamanda təhsil haqqını qabaqcadan ödəmək imkanı olmayan tələblərə müəyyən güzəştlər də tətbiq olunur. Hətta elə universitetlər var ki, onlar təhsil haqqını qabaqcadan ödəyə bilməyən tələbələrə möhlət hüququ, yaxud da faizli kredit verirlər.

Xəbər lenti
0