Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Dönəri ver dönərçiyə, birinə də üstəlik: Yeyəkmi, yeməyəkmi?

© pixabay / LibbyandMarcelcom / DonerDönər
Dönər - Sputnik Azərbaycan
Abunə olmaq
Mütəxəssislər sağlam olmaq istəyən insanlara dönər yeməməyi məsləhət görür

BAKI, 15 avqust — Sputnik. On ildən çoxdur ki, ölkədə toyuq dönərinin satışına qadağa qoyulub. Amma buna baxmayaraq, paytaxtın bütün restoran və dönərxanalarında toyuq dönəri satılır. Ətin keyfiyyəti bir kənara, günün altında qalmış pomidor-xiyar, mayonez və adına sous deyilən tomat suyu sağlamlıq üçün ciddi təhlükə mənbəyidir. Sputnik Azərbaycan-ın əməkdaşı bir neçə dönər satıcısı (dönərçi) ilə danışıb.

Satıcılar deyir ki, onlar təqdim etdikləri dönərin keyfiyyətinə inanırlar. Kamil Süleymanov adlı dönərçi bildirir ki, 3 ildir dönər satışı ilə məşğuldur və demək olar ki, bu günə qədər ona "sənin dönərindən zəhərləndim" deyən olmayıb: "Bizim restoranın sahibi də buna xüsusi nəzarət edir. Hər gün səhər yeni ət alınır, dönəri şişə özümüz çəkirik. Və bu gündən sabaha dönər qalmır. Artıq satışlarımızın qədərini bilirik. Buna görə nə malımız zay olmur, nə də kiməsə köhnə dönər satmırıq". 

Dönərxana - Sputnik Azərbaycan
CƏMİYYƏT
Paytaxt dönərxanaları kütləvi şəkildə bağlanmaq təhlükəsi ilə üz-üzədir

Dönərçi deyir ki, dönərin içinə vurulan digər inqrediyentlər də səhər-səhər doğranılır. O ki qaldı bu məhsulların günün altında saxlanmasına, satıcı deyir ki, doğranılmış salat soyuducuda saxlanılır və az-az çıxarılaraq istifadə edilir: "Mən özüm də dönər yeyən adamam. Hər gün yeyirəm. Nəsə olsa birinci özümə olar".

Digər satıcı Nahid Quliyev isə deyir ki, o, hazır məhsula cavabdehdir. Yəni ətin haradan alınması, salatın kim tərəfindən hansı şəraitdə doğranılması onun üçün maraqlı deyil: "Mən dönərin bişirilməsinə və təqdim edilməsinə cavabdehəm. Yaxşı bişirirəm, ətlər çiy qalmır. Və mənə verilən çörək, lavaş, salatla insanlara satıram. Kimsə gəlib desə ki, ət çiydir, bu mənim günahım olar. Kimsə gəlib desə ki, ət köhnədir, qoxu verir, bu artıq obyektin sahibinin problemidir".

© © Karikaturaİtə atarsan, it də yeməz
İtə atarsan, it də yeməz - Sputnik Azərbaycan
İtə atarsan, it də yeməz

N. Quliyev deyir ki, mədə xəstəsi olduğu üçün özü dönər yemir.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyir ki, toyuq dönərinin satışı 2006-cı ildən qadağan edilib. 2015-ci ilə qədər mərkəz dönərxanaların fəaliyyətinə nəzarət edə bilirdi. Amma sahibkarlıq obyektlərində yoxlamalar dayandırıldığından işbazlar üçün əsl fürsət yaranıb.

Şöbə müdirinin sözlərinə görə, isti havalarda məhz toyuq dönərindən qida zəhərlənməsi riski daha yüksəkdir.

Bütün bunlara baxmayaraq bu gün Bakıda bütün məkanlarda toyuq dönəri satılır və istehlakçılar da alır. İstehlakçı Azər Mehdiyev deyir ki, dönər onun sevimli qidasıdır. Dönəri az vaxt ərzində hazır olması və ucuzluğu səbəbindən seçir: "Bizim işdə nahar fasiləsi çox qısadır. Aşağı düşüb, dönər alıb yeyincə vaxt bitir. Heç vaxt zəhərlənməmişəm. Heç vaxt qarşıma iyrənə biləcəyim nəsə çıxmayıb".

Mütəxəssislər sağlam olmaq istəyən insanlara dönər yeməməyi məsləhət görür. Xüsusilə dönərin bişirilmə müddəti sağlamlıq üçün təhlükəli ola bilər. 

Qida mühəndisi Samir Quliyevin sözlərinə görə, toyuq əti ucuz və tezbişən olduğu üçün çox adam toyuq dönərinə üstünlük verir: "Toyuq dönərini daha ucuz sata bilmək üçün bəzi işbazlar dönərin tərkibinə başqa maddələr də vurur. Bu zaman dönər insan sağlamlığı üçün daha böyük təhlükəyə çevrilir".

Müsahibimiz istehlakçılara dönər almamağı məsləhət görür. Ancaq bəzi şəxslər ucuz və daha az zaman sərf olunduğu üçün dönər yemək məcburiyyətindədir. Belə olan şəraitdə çalışmaq lazımdır ki, hər zaman eyni yerdən dönər alasınız.

Dönər güclü istilikdə bişdiyi və uzun müddət istiliyə məruz qaldığı üçün tərkibində olan yağlar keyfiyyətini itirir. Bu da dönər yeyən şəxslərin xərçəngə tutulma riskini artırır. Bununla yanaşı, bəzi restoranlar və dönərxanalar sata bilmədikləri, köhnəlmiş dönəri yenidən isidərək istehlakçıya təqdim edirlər. Buna görə də, dönər yeməyə məcbursunuzsa, onu hər zaman tanıdığınız yerdən alın: "Ət və toyuq dönərinin restoranlarda, dönərxanalarda yaxşı şəraitdə saxlanmadığı təqdirə ət keyfiyyətini itirir və zəhərlənməyə səbəb olur. Dönər alan zaman aldığınız məkanda sanitariya qaydalarına əməl oldunduğuna əmin olun. Ucuz dönər satılan dönərxanalardan dönər alarkən daha diqqətli olun". 

Əbu-Dabi şəhəri - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bir dönər 15, bir stəkan çay 32 manata...

Terapevt Məlahət Abbasova bildirir ki, dönər yemək olar, ancaq ayda-ildə bir dəfə. Yəni hər gün dönər yemək sağlamlıq üçün zərərlidir: "Hər gün dönər yemək mədə-bağırsaq xəstəliklərinə yol açmaqla yanaşı qaraciyəri də gücdən salır. Qızarmış, yandırılmış ət sağlamlıq üçün təhlükə mənbəyidir. Belə qidalar xərçəng riskini artırır, mədə-bağırsaq xəstəliklərinə səbəb olur, qaraciyərə zərər verir. Əgər dönərin əti köhnədirsə, dönərə vurulan digər qidalar: pomidor, xiyar, turşu, göyərti, mayonez, tomat sousu günün altında qalıbsa, artıq bu qidaların tərkibi dəyişmiş olur. Belə dönəri yeyən şəxs zəhərlənə bilər. Zəhərlənmə dönəri yedikdən 30 dəqiqə — 4 saat ərzində özünü göstərir. Zəhərlənmə botulizmlə də nəticələnə bilər ki, bunun sonu ölümdür".

Müsahibimiz bildirir ki, istənilən qidanı alarkən tanıdığınız, keyfiyyətinə əmin olduğunu məkandan almaq məsləhətdir.

Xəbər lenti
0