CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir dönər 15, bir stəkan çay 32 manata...

© AP Photo / Kamran JebreiliƏbu-Dabi şəhəri
Əbu-Dabi şəhəri - Sputnik Azərbaycan
Abunə olmaq
Taksi sürücülərinin ayda 3 min manat qazandığı şəhərdən kiçik qeydlər

Təranə Xudabaxşıyeva, Sputnik Azərbaycan

BAKI, 5 dek — Sputnik. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) həyat səviyyəsinin yüksək olduğu ölkələr sırasındadır. Bu ölkə haqda çox məlumatlar oxumuşdum, eşitmişdim. Və oraya ayaq basmaq da nəsib oldu…

Dubay şəhəri, arxiv şəkli - Sputnik Azərbaycan
Səfir Dubaydakı azərbaycanlılarla bağlı üzücü faktları ortaya çıxardı

BƏƏ-nin Əbu-Dabi şəhərində sifariş etdiyimiz hotelə çatıb, əşyalarımızı yerbəyer etdik və gəzintiyə çıxdıq. Qaldığımız "Al Raha Beach Hotel"in yaxınlığında yerləşən "Al Raha Mall"a üz tutduq. Bir az alış-veriş edək deyə.

Qarşılaşdığımız qiymətlər, sözün həqiqi mənasında insanı şoka sala bilər. Məsələn, qadın üçün bir dəst gecə paltarının qiyməti 300 dirhəmdən (150 manat) başlayırdı. Qadın ayaqqabılarının ən ucuzu 200 dirhəm (100 manat), ən ucuz üst geyim 160 dirhəmdir (80 manat) və üzü yuxarı 5000 dirhəmədək (2500 manata) davam edir.

Hətta, bizim daxil olduğumuz alış-veriş mərkəzi, bu şəhərdə ən bahalı yerlərdən sayılmır. Pulun çoxdursa, burdakından iki-üç qat bahasına brend dükanlardan geyim almaq olur. Hər halda, mən şeyx nəslindən olmadığım üçün daha ucuz mallara baxmalıydım.

Oradan çıxıb nahar etmək qərarına gəldik. Və acmağımıza peşman olduq. Bakıda 2 manata aldığımız dönər BƏƏ-də 30 dirhəmdir (15 manat). Əlavə bir stəkan meyvə şirəsinə isə 10 dirhəm (5 manat) ödədik. Bu qiymətlər, sadəcə "fast food" (ayaqüstü) yeməklərinə aiddir. Təbii ki, restoranda oturub normal yemək sifariş etməli olsan, ən azı 70 dirhəmin (35 manat) çıxacaq.

Bakıda gecə klubu - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda bara girmək istəyən mömin ərəbi döydülər

Əbu-Dabinin görməli yerlərinə getmək istəyirsənsə, mütləq şəkildə taksidən istifadə etməlisən. Bakıda taksilərin bahalı nəqliyyat vasitəsi olduğunu düşünənlər üçün deyim ki, bu ərəb şəhərində 4 gün ərzində taksi xidmətinə, bizim pulla 125 manat xərcim çıxdı. Taksiyə oturduğun an, məsafədən asılı olmayaraq, sayğaca avtomatik 3.50 dirhəm (1.75 manat) yazılır. Və Bakıda 10 manata getdiyimiz məsafə üçün, Əbu-Dabidə 40 manat ödədik.

Taksi sürücülərindən öyrəndim ki, şəhərdə yalnız dövlət taksiləri işləyir. Hər taksi ayda 10.000 dirhəm (5000 manat) gəlir gətirərsə, həmin gəlirin 30 faizi özünə, 70 faizi dövlətə çatır. Üstəlik, hər ay əlavə 3000 dirhəm (1500 manat) sürücülərə əmək haqqı verilir. Xüsusilə, Pakistan, Uqanda, Hindistan, Tailand kimi ölkələrdən gələn miqrantlara bu qiymətə sürücülük etmək sərf edir.

Əbu-Dabidə, Bakıda görmədiyim bir mənzərənin şahidi oldum — sıra, yaxud növbə mədəniyyəti. İstər taksi gözləyərkən, istər hansısa xidmətdən istifadə edərkən, hər kəs sakitcə öz növbəsini gözləyir. Təbii ki, biz belə vəziyyətə alışmamışıq.

Bu arada, hotellərdə də qiymətlər çox bahadır. Məsələn, hotelin restoranında bir stəkan sadə çayın qiyməti 64 dirhəmdir (32 manat).

Jurnalist olaraq, Formula 1 ilə bağlı səfər etdiyimiz üçün, şəhəri daha ətraflı dolaşmağa vaxtımız olmadı. Bununla belə, bütün yarış boyu, Azərbaycanın Formula 1 komandasının üzvləri və biz jurnalistlərdən başqa, bir nəfər də olsun, azərbaycanlı ilə qarşılaşmadıq…

Xəbər lenti
0