BAKI, 15 avqust — Sputnik. "Galatasaray" klubu "Barcelona"da forma geyən keçmiş oyunçusu Arda Turanı 1 illiyinə icarəyə götürüb. Arda ümumilikdə 5 milyon avro qazanacaq, bunun 3 milyonunu "Galatasaray", 2 milyonunu ise sponsoru NEF şirkəti ödəyəcək. Bu barədə xəbəri CNNTürk yayıb.
"Milliyet" qəzeti isə bu məsələdə "Galatasaray"la "Barcelona"nın anlaşmadığını yazıb.