Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Britaniya kralının atası kimdir: Diananın planı həyata keçir

© AFP 2024 / Torsten BLACKWOODŞahzadə Diana Sidneyə səfəri zamanı, 2 noyabr 1996-cı il
Şahzadə Diana Sidneyə səfəri zamanı, 2 noyabr 1996-cı il - Sputnik Azərbaycan
Abunə olmaq
Şahzadə Diananın əvvəllər göstərilməmiş videoyazıları onun şahzadə Çarlzla nikahına, həmçinin həlak olması sirrinə işıq salır

BAKI, 13 avqust — Sputnik. Şahzadə Diananın əvvəllər göstərilməmiş videoyazıları onun şahzadə Çarlzla nikahına, həmçinin həlak olması sirrinə işıq salır. Kral ailəsini lap əvvəldən Diananın ölümündə şübhəli bilirdilər, indi isə qətlin motivi məlum olub.

Belə ki, Britaniya televiziyası "Diana: öz sözləri ilə" sənədli filmini nümayiş etdirib. Sənədli filmin əsasını Diananın natiqlik məharəti üzrə müəllimi Piter Settelenin çəkdiyi videoyazılar təşkil edir. Filmin nümayişindən əvvəl Diananın qardaşı qraf Spenser və kral ailəsinin dostları Channel 4-dən filmi nümayiş etdirməməyi tələb ediblər. Lakin film nümayiş etdirilib.

Diananın Piter Settelenlə məşğələləri 1992-ci ilin sentyabrında başlayıb. Kensinqton sarayındakı ilk görüşdə Settelen videokameranı işə salaraq Dianadan özü barədə danışmağı xahiş edib. Diana öz nikahının intim məqamları barədə danışmağa başlayanda isə Settelen çox təəccüblənib. 

Красный двухэтажный автобус – символ Великобритании - Sputnik Azərbaycan
Britaniya Aİ-dən çıxmağına görə 40 mlrd. avro ödəməyə hazırdır

Belə ki, Diana müəlliminə Çarlzın onunla ilk görüşlərindən danışmağa başlayıb:

"O məni yerə yıxıb öpməyə və qucaqlamağa başlayanda beynimdən belə bir fikir keçdi: "Fu-u-u! Bunu belə eləmirlər!»

Sonra Diana evliliyin ilk illərində onların cəmi üç həftədə bir dəfə sekslə məşğul olduqlarından şikayət edib. Son 7 il ərzində isə əri ümumiyyətlə onunla yatmayaraq öz vaxtını sevgilisi Kamilla Parker-Boulzla keçirib.

Diana Settelenə həqiqi sevgisi barədə də danışıb. Toyundan 4 il sonra Diana öz cangüdəni — brünet Barri Manakiyə vurulub. Bir müddət sonra Manakinin iş yeri dəyişdirilib, üç həftə sonra isə o motosiklet qəzasında həlak olub.

"Hər şeyin üstü açıldı, onu işdən çıxardılar, sonra isə öldürdülər. Bu, həyatımda aldığım ən dəhşətli zərbə idi" — Diana bildirib.

Sonradan Settelen bu etiraflardan qorxduğunu bildirib. Lakin o, Diananın məqsədini anlayıb. Şahzadə artıq boşanma barədə düşünürmüş və özünü jurnalistlərin mümkün suallarına hazırlayırmış. 1996-cı ildə Diana və Çarlz boşanıblar. 

Протестанты на Площади парламента в Лондоне. 2 июля 2016 года - Sputnik Azərbaycan
Britaniya - Avropa İttifaqı qarşıdurması son həddə

Diana sağ olanda Settelenin videoyazıları şahzadənin evində saxlanılıb. Diana 1997-ci il avqustun 31-də həlak olduqdan sonra video yoxa çıxıb və bir neçə ildən sonra şahzadənin eşikağasının evindən tapılıb. Diananın qardaşı qraf Spenser və Settelen arasında bu video uğrunda məhkəmə çəkişməsi gedib. Qalib gələn Settelen yazını Channel 4-ə satıb.

Bu videonun ortaya çıxması Britaniya kral ailəsi üçün bir sıra ağrılı mövzuları ortaya çıxarır. Manakiyə sevginin etirafı Diananın digər sevgililəri barədə söz-söhbətləri aktuallaşdırır. Söhbət at sürmək üzrə təlimçi Ceyms Hyuittdən, zabit Devid Uoterhauzdan, biznesmen Ceyms Gilbidən gedir. Bütün bunlar şahzadələr Uilyam və Harrinin atalarının Çarlz olmasında şübhələr yaradır.

Diananın Manakinin ölümü barədə dedikləri onun özünün öldürülməsi versiyasını yenidən ortaya atır. Diananın həlak olması onsuz kral ailəsinin bu işdə əli olması barədə çoxlu fərziyyələr doğurmuşdu.

Diananı kraliça Yelizavetanın əri şahzadə Filippin əmrilə Mİ-6 tərəfindən öldürülməsi barədə versiyanı ilk olaraq həmin qəzada həlak olmuş Diananın sevgilisi Dosi əl-Fayedin atası misirli oliqarx Məhəmməd əl-Fayed irəli sürüb. Onun fikrincə, məqsəd Diananın müsəlmana ərə getməsinə imkan verməmək olub. 

Sözügedən video efirə verilməmişdən öncə, oliqarx Rupert Merdoka məxsus The Sun qəzeti bildirib ki, Diananın çıxışından ibarət 12 saatlıq video onların əlinə keçib. Bu videonun operatoru hazırda ABŞ-da yaşayan BBC-nin əməkdaşıdır. Bu video təsdiq edir ki, Diananın Britaniya taxt-tacı barədə ciddi planları olub. 

Bu videoda Diana bir daha ərinin əxlaqsız hərəkətlərini ifşa edir və onun ayaqyolunda Kamilla ilə biədəb mövzularda söhbətinin şahidi olduğunu bildirir. Sonra isə Çarlzın kral olmaması üçün hər şeyi etməyə hazır olduğunu bəyan edir. Diana həmçinin taxta böyük oğlu Uilyamı çıxarmaq istədiyini bildirir. 

Operatorun sözlərinə görə, Diana gələcək kral Uilyamı da idarə etmək niyyətində olub. 

Maraqlı odur ki, 1997-ci ildə hələ Diana sağ olarkən mətbuatda şahzadə Çarlzın sevgilisi Kamilla ilə əxlaqdankənar söhbətindən bir fraqment dərc olunmuşdu. Həmin söhbətdə Çarlz Kamillaya "sənin tamponun olmaq istəyirəm" deyirdi. İndi həmin söhbətin mediaya necə sızdırıldığı aydın olur. Diana kral ailəsini gözdən salaraq taxta öz oğlunu yerləşdirmək istəyirmiş. Lakin bu, ona müyəssər olmayıb. Kral ailəsi onu qabaqlayıb. Lakin şahzadə Uilyamın Britaniyanın kralı olacağını nəzərə alsaq, Diananın planının bir hissəsinin həyata keçdiyini demək olar. Söhbət damarlarında sülalə qanı axmayan birinin hakimiyyətə gəlməsindən gedir.

Xəbər lenti
0