Britaniya Aİ-dən çıxmağına görə 40 mlrd. avro ödəməyə hazırdır

© AP Photo / Simon DawsonКрасный двухэтажный автобус – символ Великобритании
Красный двухэтажный автобус – символ Великобритании - Sputnik Azərbaycan
Abunə olmaq
“Brexit”ə görə “hesab” Böyük Britaniyaya hələlik təqdim edilməyib

BAKI, 6 avqust — Sputnik. Avropa İttifaqının tərkibindən çıxmağa hazırlaşan Böyük Britaniya Aİ qarşısında üzərinə götürdüyü maliyyə öhdəliklərini yerinə yetirmək üçün 40 mlrd. avro ödəməyə hazırdır. APA-nın xəbərinə görə, bu barədə “Telegraph” nəşri hökumətdəki mənbələrinə istinadən xəbər verib.

“Böyük Britaniya “Brexit”ə görə “hesab” üzrə Aİ-yə 36 mlrd. funt (təxminən 40 mlrd. avro) ödəməyə hazırdır. Hökumətdəki yüksək vəzifəli məmurlar bu təklifin danışıqlar prosesinin dirəndiyi dalandan yeganə çıxış yolu olduğu qənaətinə gəliblər” — deyə nəşr qeyd edir.  

Bununla belə qeyd olunur ki,  Böyük Britaniya bu məbləği Aİ ticarət razılaşması daxil olmaqla maliyyə nizamlanmasını gələcək münasibətlərə dair müqavilənin tərkib hissəsi kimi müzakirə etməyə razılaşacağı təqdirdə ödəyəcək.

Aİ rəhbərliyi hesab edir ki,  Britaniya “Brexit”ədək Aİ qarşısında əvvəlcədən üzərinə götürdüyü maliyyə öhdəliklərini yerinə yetirməlidir. Bu məbləğin 60 mlrd.-dan 100 mlrd.-dək avro olacağı gözlənilir.

Bununla belə “Brexit”ə görə “hesab” Böyük Britaniyaya hələlik təqdim edilməyib.

Xəbər lenti
0