CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Maaş artacaq, tələbələr ödənişdən azad ediləcək, birdəfəlik müavinət veriləcək...

© Sputnik / Anar MustafayevПодписание договора страхования
Подписание договора страхования - Sputnik Azərbaycan
Abunə olmaq
Bəs, bu qərarların icrasına nə zamandan başlanacağını bilirsinizmi?

BAKI, 7 avqust — Sputnik. İstənilən ölkədə gəlirlər azalanda, sosial-iqtisadi çətinliklər meydana çıxanda, həm dövlət, həm də cəmiyyət alternativ gəlir mənbələri axtarır. Ki, bu da normaldır. Canlı orqanizm öz yaşamını təmin etmək üçün mümkün olan bütün vasitələrə əl atır.

Пересчитывание денег. Архивное фото - Sputnik Azərbaycan
Dollarla bağlı yeni qərar

Necə ki, son 2 ildə biz bu cür proseslərin iştirakçısı və müşahidəçisiyik. Manatın 1 il aralıqla 2 dəfə dəyər itirməsi və neftin qiymətinin yarıbayarı azalması fonunda, ölkədə digər maliyyə mənbələrinin axtarışına başlandı — neftdən itirdiyimizin yerini, qismən də olsa, dolduraq deyə.

Məsələn, bəzi sahələrdə tariflər artırıldı, qiymət, vergi və rüsumlar qalxdı, müəyyən sahələrə büdcədən dotasiyalar azaldı, kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafına cəhdlər edilir və sair. Üstəlik, bir sıra rəsmi şəxslər açıq-aşkar cəmiyyəti qənaət rejiminə keçməyə səslədi ki, "müvəqqəti çətinlik dövründə yediyinizi, geydiyinizi azaldın".

Qısası, dövlət ayaqda qala bilmək üçün həm "başqa haralardan vəsait əldə edə bilərik" sualı üzərində baş sındırdı, həm də cəmiyyətdən yardım istədi. Qeyd etdiyim kimi, bu, normal, hətta vacib amildir. Lakin…

İşin başqa tərəfi sual doğurur. Məsələn, qərar qəbul olunur ki, "filan kateqoriyadan olan vətəndaşların əmək haqları 30 faiz artsın və qərar gələn il bu vaxtdan etibarən qüvvəyə minsin".

Yaxud, tutalım, açıqlama gəlir ki, hər bir müharibə veteranına birdəfəlik 10 min manat yardım veriləcək, dərhal ardınca "bunun üçün hazırlıqlara 2018-ci ilin əvvəlindən başlanacaq və 2020-ci ilin sonlarından etibarən qərarın icrasına start veriləcək".

Ya da nə bilim, aztəminatlı ailələrdən olan tələbələr ödənişli təhsil haqqından azad edilsin — 2021-ci tədris ilindən etibarən…

Yəni, vətəndaşın xeyrinə qəbul olunan hər hansı qərarın qüvvəyə minməsi, icrasına başlanması qarşıdakı illərin öhdəsinə buraxılır. "Bunun üçün hazırlıq görülməli, araşdırma aparılmalıdır, asan məsələ deyil" deyə. Halbuki, heç də bütün qərarların icrası üçün bu qədər hazırlığa, zamana ehtiyac duyulmur.

Ötən həftə Vergilər Nazirliyindən, Youtube.com videoportalından əldə olunan gəlirlərdən vergi tutulacağı ilə bağlı açıqlama gəldi. Rəsmi qərar deyil, sadəcə şifahi açıqlama gəldi və həmin kəlmələrin canına hava dəyməmiş icrasına başlandı.

Падение метеорита в Хакасии - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ölkəmizdə "Youtube" gəlirlərindən vergi tutulmasına başlandı

Misal: Sözügedən açıqlamadan 2 gün sonra, "Youtube"dan necə gəlir əldə edildiyini Sputnik Azərbaycan-a şərh edən videoblogger Yeganə Rzaxanova bildirib ki, artıq dünən, yəni açıqlamanın səhərisi günü onun hesabından pul tutulub: "Mənim 6 aylıq 370 dollar qazancım vardı. Dünən çıxarmaq istədim, baxdım, 20 dollar çıxıblar. Bankdan 20 dolların nəyə çıxıldığını soruşdum. Bildirdilər ki, mənim hesabımdan başqa çıxarış olmayıb. Mən elə düşünürəm ki, bu vəsait vergi üçün çıxılıb".

Məncə, mənzərə bir qədər aydın oldu. Qəbul olunan qanun və qərarlara bu cür fərqli yanaşmaya misal olaraq xeyli sayda nümunələr gətirmək olar. Bakıda gömrük rüsumunun qalxacağına dair söz-söhbət başlar-başlamaz, ən ucqar sərhəd-keçid məntəqəsində bu söz-söhbətlərin "icrasına" başlanması kimi. "ASAN imza"nın tətbiqinə dair qərarın mürəkkəbi qurumamış, DSMF-in əvvəlki qaydada hesabat qəbul edən sisteminin "söndürülməsi" kimi. Və sair və ilaxir…

Bütün bunlar, bir qədər qəribə, hətta xeyli dərəcədə anlaşılmaz və üstəlik çətin anda dövlətinin yanında olan cəmiyyətə qarşı qeyri-adekvat davranış deyilmi…?!

Xəbər lenti
0