BAKI, 4 avqust — Sputnik. "Qarabağ" futbol klubunun Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib. Sputnik Azərbaycan UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandamız Danimarka çempionu "Kopenhagen" klubu ilə qarşılaşacaq.
Xatırladaq ki, pley-off mərhələsinin ilk oyunları avqustun 15-16-da, cavab oyunları isə 22-23-də keçiriləcək.