CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Lənkəranda nənə altı günlük nəvəsini necə öldürdüyünü nümayiş etdirib

© © Sputnik / Mediabanka keçidSu quyusu, arxiv şəkli
Su quyusu, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən axşam hadisə yerində təhqiqat aparılıb və nənə yeni doğulmuş körpəni necə öldürdüyünü nümayiş etdirib

BAKI, 4 avqust — Sputnik. Lənkəranda yeni doğulmuş nəvəsini öldürən nənə saxlanılıb. Lakin hələlik 1958-ci il təvəllüdlü Nuriyeva Atifə Loğman qızı haqqında həbs qətimkan tədbiri seçilməyib. Hüquq-mühafizə orqanlarının Nuriyevanın təqsirini sübuta yetirmək və onunla bağlı işi məhkəməyə göndərmək üçün 48 saat vaxtı var.

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, iyulun 30-da Lənkəran rayonunun Darquba kəndində altı günlük körpə Mələk Nuryeva xüsusi qəddarlıqla qətlə yetirilib. Səhər saat 07:00 radələrində onun cəsədi qonşular tərəfindən həyətdəki su quyusunda tapılıb. Qatilin qətl metodu hüquq-mühafizə orqanlarını şoka salıb. Körpənin ürəyində 5 sm uzunluğu olan tikiş iynəsi aşkarlanıb. Faktla bağlı ailənin 6 üzvü şübhə altına alınıb: körpənin ata-anası, nənə-babası, əmisi və əmisinin həyat yoldaşı. Lakin onların heç biri xeyli vaxt körpənin qətlində iştirak etdiyini boynuna almayıb.

Avqustun 3-də Atifə Nuriyeva oğlunun üzərində cəmlənən şübhələri aradan qaldırmaq üçün cinayəti törətdiyini etiraf edib. Həmin günün axşamı hadisənin baş verdiyi yerdə təhqiqat aparılıb və qadın körpəni necə öldürdüyünü hüquq-mühafizə orqanlarına izah edib.

Xəbər lenti
0