Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Altı günlük körpənin qatili məlum oldu

CC BY 2.0 / Bridget Coila / Holding Hands With a Newborn BabyМать держит руку новорожденного ребенка. Архивное фото
Мать держит руку новорожденного ребенка. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Qatil deyib ki, ailənin ikinci övladı da qız olub və o, qız deyil, oğlan istəyirmiş

BAKI, 3 avqust — Sputnik. Lənkəranda 6 günlük körpənin kimin tərəfindən öldürülərək quyuya atıldığı məlum olub. Sputnik Azərbaycan-ın məlumata görə, körpənin nənəsi Atifə Nurullayeva istintaqa ifadəsində nəvəsini öldürərək quyuya atdığını etiraf edib.

Nurullayeva istintaqa verdiyi ifadədə etdiyi cinayətin səbəbini də açıqlayıb. O deyib ki, ailənin ikinci övladı da qız olub və o, qız deyil, oğlan nəvəsi istəyirmiş. İyulun 30-da Lənkəran rayonunun Darquba kənd sakini Şaiq Nuriyev DİN-in “102 Zəng Mərkəzi” nə zəng edərək yaşadığı evdə uşaq arabasında olan 5 günlük qızının yoxa çıxdığını bildirib.

Daha sonra Nuriyev təkrarən zəng edərək uşağın cəsədinin həyətindəki su quyusunda olduğunu deyib. Hadisə yerinə gələn Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları uşağın meyitini su quyusundan çıxarıblar.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Xəbər lenti
0