BAKI, 3 avqust — Sputnik. Türkiyə Futbol Federasiyası millinin rumın əsilli yeni baş məşqçisi Mirça Luçeskuya illik 2.5 milyon avro maaş verəcək. Sputnik Azərbaycan bu barədə "T24"-ə istinadən xəbər verir.
Federasiya ilə danışıqların ilk mərhələsində Luçesku 3,5 milyon avronu tələb etsə də, sonda bu məbləğ 2,5 milyon avroya qədər endirilib.
Luçeskunun artıq İstanbula gəldiyi bildirilir.