CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dükanımın divarındakı tanıdım lövhəsinə görə rüsum ödəməliyəm?

© Sputnik / Fuad HasanovMağaza vitrini
Mağaza vitrini - Sputnik Azərbaycan
Abunə olmaq
Sahibkarları narahat edən məqamlardan birinə aydınlıq gətirildi

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 3 avqust — Sputnik. "Mən fərdi sahibkarlıq obyektimin üzərinə reklam lövhəsi yerləşdirmişəm. Lakinrayon icra hakimiyyətinin nümayəndələri gələrək, obyektimin üzərindəki lövhəyə görə xüsusi rüsum ödəməli olduğumu deyirlər. Bu, nə dərəcədə qanunidir?"

Студия международного информационного агентства и радио Sputnik в ЭкспоФоруме, фото из архива - Sputnik Azərbaycan
Sosial şəbəkələrdəki reklamlar nə dərəcədə effektivdir?

Paytaxtın Binəqədi rayonu ərazisində yerləşən ictimai iaşə obyektlərdən birinin sahibi (öz xahişi ilə ad-soyadını açıqlamırıq), Sputnik Azərbaycan-a müraciətində belə deyir. O, özünə məxsus olan müəssisədə, öz vəsaiti hesabına hansısa lövhənin asılmasına görə, hansısa quruma ödəniş etməməli olduğu qənaətindədir.

Məsələni Sputnik Azərbaycan-a şərh edən Azərbaycan Reklamçılar İttifaqının (ARİ) vitse-prezidenti Tamella Nağıyeva deyib ki, hər hansı idarənin adı, kiçik lövhədə binanın bir hissəsinə, məlumatverici məqsədlə yerləşdirilirsə, bu zaman heç bir ödəniş tələb olunmur: "Məsələn, Rəssamlar İttifaqı haqqında məlumat lövhəsidirsə, buna pul ödənmir. Amma hansısa bir şirkət adını bina üzərinə vurursa, bu zaman mütləq pul ödəməlidir. Çünki, bu, artıq reklamdır".

"Ödənişə gəldikdə isə, Bakı Şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsi mövcuddur. Reklamın qiyməti onun həcminə, uzunluğuna və informasiya daşıyıcılığına görə dəyişir. Bu qiymətləri yalnız Reklam və İnformasiya İdarəsi dəqiq bilir" — ARİ yetkilisi qeyd edib.

Hüquqşünas Elyar Həsənovun Sputnik Azərbaycan-a şərhinə görə, "Reklam haqqında qanun"da reklam yerləşdirməklə bağlı kriteriyalar, ölçülər əksini tapıb: "Müəyyən olunmuş ölçülər daxilində fəaliyyət göstərən obyekt ilə bağlı məlumat lövhəsinin asılması reklam sayılmır. Sahibkar öz obyektinin qarşısında, ölçülər daxilində, məlumatverici bir yazı lövhəsi asırsa, bu, reklam sayılmır. Çünki insanlar bilməlidirlər ki, obyekt nədir və nə kimi fəaliyyət ilə məşğuldur".

Şərab - Sputnik Azərbaycan
CƏMİYYƏT
Reklamda bunu etmək qadağan edildi

"Amma şirkət ölçülərdən kənara çıxırsa, daha çox informasiya yükü daşıyan məlumatı divardan asırsa, bu, artıq reklam sayılır. Bu zaman Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Reklam və İnformasiya İdarəsi ilə müqavilə bağlanmalıdır" — Həsənov vurğulayıb.

"Əvvəllər bu İdarənin işçiləri birmənalı olaraq hamıdan pul tələb edirdilər. Standartları, qanunda yazılanı nəzərə almadan deyirdilər ki, "mütləq pul verməlisən". Qanunu bilənlər isə məhkəməyə müraciət edib bu yolla haqlarını tələb edə bilirdilər ki, standartlardan kənara çıxılmadığı üçün pul ödəməli deyillər" — hüquqşünas əlavə edib.

Mövzu ilə bağlı dəfələrlə Bakı Şəhər İcra Hakimiyyəti yanında Reklam və İnformasiya İdarəsi ilə əlaqə saxlasaq da, qurum əməkdaşları müxtəlif araumentlərlə sualımıza konkret cavab verməkdən yayındılar.

Xəbər lenti
0