CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Reklamda bunu etmək qadağan edildi

© Sputnik / Vitaliy AnkovŞərab
Şərab - Sputnik Azərbaycan
Abunə olmaq
Tündlüyü 5 faizdən artıq olan spirtli içkilərin hədiyyə edilməsi qadağan olunur

BAKI, 31 may — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Üzümçülük və şərabçılıq haqqında" qanuna dəyişikliyə baxılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, layihəni təqdim edən Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev bildirib ki, sənəddəki dəyişikliklər "Reklam haqında" qanuna uyğunlaşdırılır, eyni zamanda tündlüyü 5 faizdən artıq olan spirtli içkilərin hədiyyə edilməsi də qadağan olunur.

Qanuna 15-1 (şərabçılıq məhsullarının reklamı) maddə əlavə edilib.

Yeni maddəyə əsasən aşağıdakı reklam daşıyıcılarında şərabçılıq məhsullarının reklamı yerləşdirilə bilməz: 

Şərab, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Şimal-qərb bölgəsində şərab "üsyanı"

— Tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsullarının reklamı telekommunikasiya qurğularında, dövri mətbu nəşrin üz və arxa qabığında, internet informasiya ehtiyatlarının ön səhifəsində;

— Yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş mətbu nəşrlərdə, audio və video materiallarda;

— Nəqliyyat vasitələrinin üzərində, habelə onların fəaliyyətini təmin edən binaların, qurğuların üzərində və daxilində (alkoqollu içkilərin pərakəndə satışının həyata keçirildiyi yerlər istisna olunmaqla) qadağan edilir.

O da göstərilir ki, tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsullarının reklamının açıq məkanda yerləşdirilməsi qadağandır.

Bildirilir ki, şərabçılıq məhsulları nümunələrinin paylanılması və dequstasiyası ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsinə yalnız onların pərakəndə satış yerlərində, ixtisaslaşmış sərgilərin dequstasiya zallarında icazə verilir. 

Vüqar Mikayılov - Sputnik Azərbaycan
Professor Vüqar Mikayılov: Şərabçılıq sahəsində gecikirik

Bu reklam aksiyasında yetkinlik yaşına çatmayanlara şərabçılıq məhsullarını pulsuz paylamaq, alkoqollu içki nümunələrini dequstasiya üçün təklif etmək qadağandır.

Tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsullarının reklamı ondan həddən artıq istifadənin sağlamlıq üçün zərərli olması barədə xəbərdarlıqla müşayiət olunmalıdır. Bu xəbərdarlığa reklam sahəsinin 10 faizindən az olmayaraq yer ayrılmalıdır.

Layihə səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0