ELM

Vətəndaşların təhsil sistemimizlə bağlı əsas narazılıqları məlum oldu

© Sputnik / Murad OrujovУчебный процесс в одной из средних школ Баку, фото из архива
Учебный процесс в одной из средних школ Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni tədris ilinin yaxınlaşması ilə bəzi ciddi narahatlıqlar başlayıb

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 1 avqust — Sputnik. Yay fəslinin bitməsinə az müddət qalıb. Artıq valideynlər və şagirdlər yeni dərs ilinə hazırlaşırlar. Sputnik Azərbaycan-ın əməkdaşı sosial şəbəkələrdə, yeni tədris ilinə hazırlaşan valideyn, şagird və tələbələrə "Yeni dərs ili yaxınlaşdıqca sizi əsas narahat edən məsələlər nədən ibarətdir?" sualını ünvanlayıb. Nəticəni təqdim edirik:

Министерство образования Азербайджанской Республики - Sputnik Azərbaycan
ELM
Təhsil Nazirliyindən vacib yenilik: təfərrüatlar açıqlandı

Səbinə Əliyeva: "Mənim üçün ən böyük problem metroda və avtobusda səhər saatlarında tıxacların olmasıdır. Yenə həmin günlərin başlaması məni narahat edən əsas səbəbdir".

Elşad Mətləboğlu: "Geyim və dərsliklərin qiyməti yenə bahalaşacaq. Həmçinin tıxacların artması məni narahat edən məsələlərdən biridir".

Xəyal Məmmədxanlı: "Daha 10 minlərlə savadsız tələbə və şagirdin yetişdirilməsinə başlanacağı məni narahat edir".

Rüfət Nəzər: "Məktəb geyiminin, kitabların pulu və tədbirlərə toplanan pullar narahat edir".

Nərgiz Eldarqızı: "Dərs sistemi, müəllim hegemonluğu və şagird itaəti. Güclü və zəif şagirdlərin mübarizəsi və zəif şagirdlərin güclülər arxasında gizlənərək savadsızlığa sürüklənməsi. Müəllimlərin zəif şagirdlərə etinasızlığı. Dərslərin sıxıcı keçməsi. Müəllimlərin uşaqlarla yaxşı davranmamaları əsas narahatedici səbəblərdəndir".

Министерство образования Азербайджанской Республики - Sputnik Azərbaycan
ELM
Azərbaycanlı şagird qızıl medal qazandı

Günel Emin: "Dərsliklər və dərs vəsaitlərinin qiyməti, dərs deyən müəllimlərin bilik və təcrübələrinin, psixoloji durumlarının səviyyəsi, orta və ali məktəblərin yeməkxanalarındakı yeməyin və satılan ərzaq vasitələrinin keyfiyyət səviyyəsi və qiyməti. Ən əsası məktəblərdə mövcud olan qanunsuz pul yığılmaları məni narahat edir".

Gülşən Raufqızı: "Qızım 4-cü, oğlum 2-ci sinfə gedəcək. Məni narahat edən yeni təhsil ilindəki dərs yükünün ağırlığıdır. Düşünürəm, görəsən, yoldaşım ilə yenə uşaqların ev tapşırıqlarını həll etmək üçün baş sındırmalı olacağıq?!".

Könül Səid: "Dərsliklərdə olan səhvlərə düzəliş olunaraq yenidən nəşr olunub-olunmayacağı məni narahat edir. İbtidai siniflər üçün nəzərdə tutulmuş riyaziyyat fənnindən tapşırıqlar çox çətindir və nəinki ibtidai sinif şagirdləri, hətta yuxarı sinif şagirdləri də bu tapşırıqların öhdəsindən gələ bilmirlər. Yəqin, bizim Təhsil Nazirliyi düşünür ki, uşaqlara yox, onların valideynlərinə təhsil verir".

Yusif Şirəli: "Qayğılar artır, əlimiz cibimizdə olmalıdır. Alış-veriş qayğısı qurtarmadan müəllimlər bayramı gələcək".

Xəbər lenti
0