BAKI, 14 iyul — Sputnik. Azərbaycanlı şagird Ramil Babazadə ABŞ, Türkiyə, Hindistan, Rumıniyadan olan həmyaşıdları ilə bərabər çıxış etdiyi Beynəlxalq Kimya Olimpiadasında qızıl medal qazanıb.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bu barədə sosial şəbəkədə məlumat paylaşıb. O bildirib ki, Ramil Babazadə dünyanın 80 ölkəsinin şagirdləri arasında Beynəlxalq Kimya Olimpiadasında Azərbaycan adına qızıl medal qazanıb.
Qeyd edək ki, Ramil Babazadə Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdidir.