BAKI, 1 avqust — Sputnik. Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” Moldovada “Şerif”in qonağı olub. Bu komandaların Bakıdakı görüşü heç-heçə başa çatıb — 0:0.
Cavab görüşündə hesabında birinci hissənin artırılmış dəqiqələrində Dino Ndlovu açıb — 0:1.
86-cı dəqiqədə Miçel "Qarabağ"ın ikinci qolunu vurub — 0:2.
İkinci hissənin əlavə olunmuş vaxtında Badibanqa bu toplardan birinin əvəzini çıxa bilib — 1:2.
Beləliklə, səfərdə qələbə qazanan Azərbaycan klubu Çempionlar Liqasının play-off mərhələsinə vəsiqə qazanaraq bir ilki gerçəkləşdirib.
Ardıcıl 4-cü dəfə Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksələn "Qarabağ" əvvəlki üç mövsümdə “Zalsburq”, “Seltik” və “Viktoriya”ya məğlub olduqdan sonra mübarizəni Avropa Liqasında davam etdirmişdi.
Play-off Çempionlar və yaxud Avropa Liqasının qrup mərhələsinə düşmək anlamına gəlir.