Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Aylardır maaş almayan idmançılar etiraz aksiyası keçirdilər

© Sputnik / Murad OrujovЧемпионат Азербайджана по борьбе среди взрослых
Чемпионат Азербайджана по борьбе среди взрослых - Sputnik Azərbaycan
Abunə olmaq
"Maaş almadan necə dolanaq? Hər birimizin ailəsi, uşaqları var. Günlərlə ailəmizi qoyub məşq zallarında tər tökürük ki, qələbə qazanaq"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 28 iyul — Sputnik. Güləş Federasiyasının kişilərdən ibarət milli yığma komandası etiraz aksiyası keçirib. İdmançılar aksiya zamanı, bir ilə yaxındır maaş almadıqlarını və yarışlardan qazandıqları uğurlara görə premyalarının verilmədiyini qeyd ediblər.

Bu barədə Sputnik Azərbaycan-a, dünya və Avropa çempionu, Rio-2016 olimpiya oyunlarının bürünc mükafatçısı Hacı Əliyev məlumat verib. "Neçə aydır, maaş almırıq. Federasiyamız son zamanlar idmançılara pul ayırmır. Bütün idman oyunlarında ən çox medal qazanan idmançılar da bizim idmançılardır. Güləşçilər bu qədər uğur qazandığı halda belə diqqətsizlik nə dərəcədə düzgündür?!" — o vurğulayıb.

© Sputnik / Murad OrujovGüləşçi Hacı Əliyev
Güləşçi Hacı Əliyev - Sputnik Azərbaycan
Güləşçi Hacı Əliyev

Əlavə edib ki, onları uzun müddətdir aldadırlar ki, maaşlar veriləcək: "Amma verilmir. Nəinki verilmir, hətta olimpiya oyunlarında medal qazanandan sonra mənim maaşımı azaltdılar. Səbəb isə göstərilmədi".

"Maaş almadan necə dolanaq? Hər birimizin ailəsi, uşaqları var. Günlərlə ailəmizi qoyub məşq zallarında tər tökürük ki, qələbə qazanaq. Maaş almasaq, ailəmizi necə dolandıra bilərik? Ya maaş verilməlidir, ya da idmançılar məcburdur ki, ailələrinə çörək aparmaq üçün başqa iş tapıb işləsinlər. Onda ölkədə güləşin aqibəti necə olacaq? Kim güləşib bayrağımızı qaldıracaq?" — H. Əliyev sual edib.

Həmsöhbətimiz qarşıdan mötəbər yarışın gəldiyini də diqqətə çatdırırb: "Sentyabrda dünya çempionatı olacaq. Təsəvvür edin, məşq zalında heç içməyə su da yoxdur. Cəmi 4 idmançı məşq edir. Digərləri məşqlərə belə, gəlmirlər. Heç zalda həkim də yoxdur. Məşq zamanı travma alsaq, bizə baxan olmayacaq. Həkimlər də əmək haqqı verilmədiyi üçün işə çıxmırlar".

Velosiped idmanının şosse növü üzrə yeniyetmə və gənclər arasında Azərbaycan birinciliyi - Sputnik Azərbaycan
İDMAN
İdmançılarımız dünya reytinqində irəlilədilər

"Bir çox idmançılarmızın zədələri var və heç kim bunlarla maraqlanmır. Rəsul Çunayev öz hesabına əməliyyat olundu. Amma imkanı olmayan idmançılar hələ də zədə ilə gəzirlər" — idmançı bildirib.

Onun sözlərinə görə, belə vəziyyətdə dünya çempionatına gedib uduzub, biabir olmaqdansa, getməmək daha yaxşıdır: "Dağıstandan olan idmançılar ümumiyyətlə etiraz olaraq heç Bakıda keçirilən milli yığma məşqinə gəlmirlər. "Nə vaxt əmək haqqı verilər, onda gələrik" deyirlər" — deyə Hacı Əliyev qeyd edib.

Əlavə edib ki, namuslu-qeyrətli oğul vətənini satmaz: "Mən ölkəmizdən və cənab Prezidentimizdən razıyam. Bizdən heç vaxt diqqətini əsirgəməyib. Sadəcə bizim etirazımız federasiya rəhbərliyinədir. Əmək haqlarımızın verilməsini istəyirik. Əmək haqlarımız verilsin ki, biz də həvəslə məşqimizi edib, yarışlarda medal qazanaq".

Qeyd edək ki, Güləş Federasiyasının prezidenti vergilər naziri Fazil Məmmədovdur.

Xəbər lenti
0