CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda hər kəs o qadınlardan uzaq durmağa çalışır

CC0 / Pexels / Lonely Woman Tənha qadın, arxiv şəkli
Tənha qadın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"İşəgötürənlər belə qadınları işlə təmin etmirlər və bunun qarşısını almaq mümkün deyil"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 27 iyul — Sputnik. Azərbaycanda körpəsi olan və ya azyaşlı uşaqları olan qadınlar iş tapmaqda çətinlik çəkirlər. Daha doğrusu, iş tapırlar, amma işə qəbul zamanı həmin qadının azyaşlı uşağının olduğunu bilən işəgötürən müxtəlif bəhanələrlə onunla müqavilə bağlamaqdan imtina edir.

Zülfiyə Həşimova - Sputnik Azərbaycan
CƏMİYYƏT
Kişi sənəti ilə məşğul olan qadın: "Bu bıçaqla..."

Belə halların baş verməməsi üçün, qadınlar əksər hallarda işəgötürənə uşaqlarının olmadığını deyərək yalan danışmaq məcburiyyətində qalırlar. Sputnik Azərbaycan problemin səbəb və həllini peşəkarlardan soruşub.

Sosioloq Əhməd Mansurov bildirib ki, cəmiyyətdə belə bir problemlər var və bu, kifayət qədər çoxluq təşkil edir: "Bu problem ondan qaynaqlanır ki, işəgötürən şəxs kadr potensialını yox, işə götürdüyü adamın şəxsi həyatını qiymətləndirir. Çünki xüsusilə azyaşlı uşaqları olan valideynlər tez-tez işə gecikir və icazələr alırlar. Bunlar da işəgötürənə sərf eləmir".

"Eyni zamanda, işəgötürənlər işçiləri daha çox istismar etməyə çalışır. Amma onlar azyaşlı qadınları istismar edə bilmirlər. Əslində isə müdir şərait yaratmalıdır ki, körpəsi olan qadınlar işdən daha tez getsinlər. Bu da onlara qətiyyən sərf eləmir" — mütəxəssis qeyd edib.

"İş yerlərində mütəmadi olaraq bu problem yarandığından, işəgötürənlər təcrübəyə əsaslanaraq körpəsi olan qadınları işə götürmək istəmirlər. Sadəcə xanımlar işə qəbul zamanı işə diqqət ayıracağını sübut etməlidir ki, işəgötürən ona inansın və işlə təmin eləsin" – deyə sosioloq əlavə edib.

Девушка в наручниках, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Türkiyədə azərbaycanlı və erməni qadınlar tutulub

Millət vəkili Aytən Mustafayeva Sputnik Azərbaycan-a açıqlamasında qeyd edib ki, işəgötürən əvvəlcədən işə qəbul etdiyi şəxsin qarşısında şərtlərini qoyur: "İşəgötürən müqavilə əsasında işçini işə götürür. Bu zaman qadın iş şərtləri ilə razı olursa, uşağına yeni iş rejimi şəraitində necə baxacağını nəzərə almalıdır. İşəgötürəni də anlamaq lazımdır. Axı işəgötürənə də işçi lazımdır. Qadın hər dəfə icazə alarsa, işin öhdəsindən gələ bilməyəcək və işəgötürənin işləri ləngiyəcək. Bu da heç bir müdirə sərf eləmir".

"İşəgötürmə müqavilə ilə olur. Təbii ki, işçi müqavilə şərtlərini pozarsa, işəgötürən müqaviləni poza bilər" — millət vəkili bildirib.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov isə iddia edir ki, bu halların baş verməsi azyaşlı uşaqları olan qadınlara qarşı ayrı-seçkilikdir: "Belə qadınların hüquq və imtiyazları var. İşəgötürənə belə şəxslər sərf eləmir. Çünki bu halda hüquq və imtiyazların təmin edilməsi işəgötürənin öhdəsinə düşür".

"Məsələn, körpəsi olan qadınlar natamam iş rejimində işləməlidirlər, uşaq 3 yaşına çatana kimi qadın işdən çıxarıla bilməz, uşaq xəstələnərsə, 2 həftəlik bülletenə çıxa bilər və bu zaman həmin işçinin əmək haqqı tam ödənilməlidir" — S. Məmmədov vurğulayıb.

Onun sözlərinə görə, bu səbəblərdən də onları işə götürmürlər: "Eyni zamanda, potensial ana olacaq xanımları, yəni tezliklə ərə gedəcək qadınları işə götürmürlər ki, yaxın zamanda həmin xanım uşaq dünyaya gətirəcək, analıq məzuniyyətinə çıxacaq və bu da işəgötürənə sərf etməyəcək. Məhz bu səbəblərdən işəgötürənlər belə qadınları işlə təmin etmirlər və bunun qarşısını almaq mümkün deyil".

Xəbər lenti
0