BAKI, 16 iyul — Sputnik. Türkiyənin Aydın şəhərinin Quşadası qəsəbəsində qadın alverinə qarşı əməliyyat keçirilib. Publika.az xəbər verir ki, əməliyyat nəticəsində qadınları fahişəliyə məcbur edən 5 nəfər tutulub.
Axtarış zamanı fahişəliklə məşğul olan iki Azərbaycan, üç Ermənistan, iki Özbəkistan, üç Qazaxıstan, iki Ukrayna, dörd Qırğızıstan vətəndaşı olmaqla cəmi 16 qadın saxlanılıb.