Yaxın Şərqdə "Osmanlı atışması"

© AP Photo / Burhan OzbiliciTürkiyə və israil bayraqları. Arxiv şəkli
Türkiyə və israil bayraqları. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Təl-Əviv ilə Ankara arasındakı gərginlik dərinləşir

BAKI, 26 iyul — Sputnik. İsrail və Türkiyə arasında "Osmanlı atışması" davam edir. Rəsmi Təl-Əviv hökumətinin Ərdoğanı hədəf alan açıqlamalarına Türkiyənin Xarici İşlər Nazirliyi sərt reaksiya verib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan
Ərdoğan dünya müsəlmanlarını Qüdsə çağırdı

"İsrail dövlətinin həddini aşan ifadələrini qınayırıq. Həm Osmanlı zamanında, həm də indi Türkiyədə yaşayan yəhudilərin inanc və ibadət azadlığı dövlətimizin zəmanəti altındadır. İsrailə düşən məsuliyyət, bütün dinlər üçün müqəddəs olan Qüds şəhərində, insanların sərbəst ibadət haqlarına toxunmamasıdır" — nazirliyin bəyanatında qeyd olunub.

Sputnik Türkiyə xəbər verir ki, bəyanatda həmçinin, "Osmanlı dövründə Fələstində yaşayan, fərqli din və məzhəblərə mənsub camaatlar əsrlər boyu sülh içində birgə yaşayıb və ibadətlərini azad şəkildə yerinə yetiriblər. Məhz elə Osmanlı zamanında sərgilənən bu unikal rəftarı yəhudilərin daha çox təqdir eləməsi lazımdır" — deyə qeyd olunub.

Xatırladaq ki, dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, partiyasının qrup yığıncağında dünya müsəlmanlarına səslənərək, onlardan Qüdsü ziyarət etməsini, Əl-Əqsa məscidinə getməsini istəyib. "Bu gün müqəddəs şəhər Qüdsdə və ilk qibləgahımız olan Əl-Əqsa məscidində İsrail özbaşınalığı varsa, oradakı fələstinli qardaşlarımızın ibadətlərinə əngəl törədilirsə, bu, dünya müsəlmanlarının laqeydliyinə görədir. Əl-Əqsa məscidini qorumaq imkan yox, iman məsələsidir" — Ərdoğan bildirib.

Türkiyə və İsrail bayraqları Türkiyə Respublikasının Tel-Əvivdəki səfirliyinin üzərində dalğalanır - Sputnik Azərbaycan
İsrail Ərdoğanı "Osmanlı" ilə vurdu

Onun sözlərinə görə, əgər İsrail əlindəki silahlara arxalanaraq bu cür üsullara əl atırsa, səhvə yol verir: "Fələstinli və digər millətlərdən olan qardaşlarımız ayaqda durduqlarını bütün dünyaya sübut etdilər. Mən də buradan bütün vətəndaşlarıma və bütün müsəlmanlara müraciət edirəm: "İmkanı olan hər kəs, lütfən Qüdsü və Əl-Əqsa məscidini ziyarət etsin. Gedə bilməyənlər də oradakı qardaşlarımıza kömək göndərsinlər. Bizlər ora nə qədər çox sahib çıxsaq, gözlərini ora dikmiş olanların işləri də o qədər çətinləşər".

Dünya müsəlmanlarını Qüdsə sahib çıxmağa çağıran Türkiyə prezidenti Ərdoğana İsraildən sərt reaksiya gəlib. Rəsmi Təl-Əviv Ərdoğanı öz ölkəsinin daxili işləri ilə maraqlanmağa çağırıb. "Biz Ərdoğana xatırlatmaq istəyirik ki, Osmanlı imperiyasının vaxtı artıq çoxdan bitib. Yəhudilərin paytaxtı əzəldən Qüds olub, indi də elədir və bundan sonra da elə qalacaq" — deyə bəyanatda qeyd olunur.

Xəbər lenti
0