BAKI, 26 iyul — Sputnik. Türkiyə millisinin baş məşqçisi Fatih Terim istefa verib. Sputnik Türkiyə xəbər verir ki, bu barədə məlumatı Türkiyə Futbol Federasiyası yayıb.
"Təcrübəli məşqçi ilə qarşılıqlı anlaşaraq yollarımızı ayırdıq. Biz Fatih Terimə gələcək karyerasında uğurlar arxulayırıq" — Federasiyanın məlumatında qeyd olunur.
Qeyd edək ki, son günlər Fatih Terimin adı əlbəyaxa davada anılmışdı. Təcrübəli məşqçinin ailəsi ilə birlikdə kabab yediyi kafenin sahibini döydüyü bildirilirdi. Onun bu addımı atmasına səbəb həmin məkanın sahibinin Fatih Terimin yanında xanıma sataşması olub.