BAKI, 22 iyul — Sputnik. İdman transferləri sahəsində rekord məbləğdə anlaşmaya imza atıla bilər. Bu barədə İspaniyanın "Sport" dərgisi məlumat verir.
Söhbət Fransanın PSG futbol klubunun "Barcelona"nın braziliyalı ulduzu Neymarla apardığı danışıqlardan gedir.
Neymar
© Sputnik / Aleksey Filippov
/ "Barcelona" oyunçunu satmaq istəmədiyinə görə, PSG-nin qətərli prezidenti Nasir Əl-Xelaifi 222 milyon avro (440 milyon manat) təklif edərək Neymarın sərbəst olmasını təmin etmək istəyir.
Bu təklif reallaşsa, Neymar idman tarixinin ən bahalı transferinə imza atacaq.