Bu gün dünyada maraqlı və hələ gənc olan Beynəlxalq Tort günü qeyd olunur. Sputnik Azərbaycan bu münasibətlə Bakının populyar "Sweet art" qənnadı sexində olaraq "Bananlı" tortun hazırlanması ilə tanış olub.
Şirniyyatçı Mehriban Məmmədovanın sözlərinə görə, yayda meyvə tortlarına daha çox üstünlük verilir, ona görə də bu gün şokoladlı, biskvitli və meyvəli tortları tapmaq çətindir. Bu tortlar tez alınır və dükanda qalmır.
Öz növbəsində "Sweet art" Sputnik üçün Beynəlxalq Tort günü münasibətilə tort hazırlayıb və fürsət düşmüşkən, redaksiyanı qarşıdan gələn Milli Mətbuat Günü münasibətilə təbrik edib.