CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mobil telefon istifadəçiləri təhlükədədirlər

CC0 / Pexels / phoneЧеловек с телефоном в руке. Архивное фото
Человек с телефоном в руке. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni virus "Android" istifadəçilərini hədəf seçir

BAKI, 20 iyul — Sputnik. "Android" istifadəçilərini hədəf seçən yeni virus qeydə alınıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzindən verilən məlumata görə, virus "Google" brauzerinin rəsmi tətbiqlər mağazası olan "Play Store"dan yüklənən saxta proqram tətbiqləri vasitəsi ilə telefonlara yoluxur.

"LeakerLocker" adlanan virus şəxsi şəkillərinizi, mesajlarınızı, internet brauzer tarixçənizi, e-poçtlarınızı ələ keçirdiyini iddia edərək müəyyən məbləğ qarşılığında istifadəçini təhdid edir və bütün informasiyanı telefonunuzdakı kontaktlara göndərəcəyini bildirir. Artıq minlərlə "Android" istifadəçisi bu virusdan zərər çəkib.

Virus telefona yoluxduqdan sonra onu kilidə salaraq ekranda "Bütün şəxsi məlumatlarınız bizim təhlükəsiz buludumuza köçürülüb. 72 saat ərzində bu məlumatlar sizin telefon və e-poçt kontaktlarınızdakı hər kəsə göndəriləcək. Bundan imtina etmək üçün 50 dollar ödəməlisiniz" mətni peyda olur. 

Herpes, arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
Dodaqlarda yaşayan qorxunc virus

"McAfee" kibertəhlükəsizlik qurumu tərəfindən "LeakerLocker" təhlükəsi "Play Store"dakı iki tətbiqdə "Wallpapers Blur HD" və "Booster & Cleaner Pro" proqramlarında aşkar edilib. "McAfee" şirkətinin açıqlamasına görə, hər 2 tətbiq barədə "Google" şirkətinə məlumat verilib və hal-hazırda ekspertlər tərəfindən araşdırılır. Buna baxmayaraq virusun istənilən tətbiqi yükləyərkən də mobil telefonunuzu yoluxdurma təhlükəsi var.

Qeyd olunmuş təhlükədən qorunmaq üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi aşağıdakıları tövsiyə edir ki:

— Bəhs edilən bu 2 tətbiqdən (Wallpapers Blur HD və Booster & Cleaner Pro) birini yükləmisinizsə, dərhal silin.

— "Play Store"da hər hansı bir proqramı yükləməzdən öncə istifadəçilər tərəfindən yazılmış rəyləri oxuyun, reytinqləri nəzərdən keçirin. 

Qrip virusu, arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
Azərbaycanda yayılan virusla bağlı müdhiş xəbər

— Tətbiq, məzmunundan kənar olaraq telefonunuzdakı kontaktları, şəkilləri, zəngləri idarə etmək üçün sizdən müəyyən icazələr istəyirsə, ondan imtina edin və dərhal silin.

— Əgər artıq mobil telefonunuz bu virusa yoluxubsa və sizdən pul tələb edirlərsə, pulu ödəməyiniz məsləhət görülmür.

"Qeyd edək ki, təhlükə ilə artıq üzləşmisinizsə, Elektron Təhlükəsizlik Mərkəzinin 1654 "qaynar xətt"inə zəng etməyiniz və ya "team@cert.az" elektron ünvanına yazmağınız tövsiyə olunur" — deyə məlumatda qeyd olunur.

Xəbər lenti
0