CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Lapşinin müdafiəsi məhkəmənin qərarından razıdır

© Photo : Stanislav GorbunovБлогер Александр Лапшин, фото из архива
Блогер Александр Лапшин, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Düşünürəm ki, bu, yaxşı nəticədir. Lakin apellyasiya şikayətinə gəlincə, Lapşin özü buna qərar verməlidir"

BAKI, 20 iyul — Sputnik. Bu gün məhkəmə tərəfindən barəsində hökm çıxarılmış Rusiya, Ukrayna və İsrail vətəndaşı olan bloqçu Aleksandr Lapşinin müdafiəsi məhkəmənin qərarından razıdır. Bu barədə Sputnik Azərbaycan-a Lapşinin vəkili Eduard Çernin bildirib. Məhkəmənin qərarı ilə Lapşin 3 il azadlıqdan məhrum edilib.

O qeyd edib ki, məhkəmə müdafiənin tələblərini 50% yerinə yetirib: "Düşünürəm ki, bu, yaxşı nəticədir. Lakin apellyasiya şikayətinə gəlincə, Lapşin özü buna qərar verməlidir".

Qeyd edək ki, məhkəmə Lapşinə qarşı Cinayət Məcəlləsinin 281.2 (Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma- Eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə irəli sürülən ittihama xitam verilib. Məhkəmə bu maddə üzrə ittihamın təsdiqini tapmaması qənaətinə gəlib. 

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Konstitusiya Məhkəməsi banklarla bağlı qərar verdi

Çernin hesab edir ki, Lapşinin əməlləri düzgün təsnifləşdirilməyib. Onun təqsirini sübut edən dəlillər doğru deyil.

Eyni zamanda məlumdur ki, beynəlxalq konvensiyaya əsasən, Lapşinin ekstradisiyası onun vətəndaşı olduğu ölkələrdən — Rusiya, Ukrayna və İsraildən birinə edilə bilər.

Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi əsasında təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılıb. 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib.

Xəbər lenti
0