CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Narkotik meşəbəyinin axırına çıxdı

CC0 / bostonweedtours / СannabisКуст конопли, фото из архива
Куст конопли, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır

BAKI, 18 iyul — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ağdaş Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin və Ağdaş rayon polis şöbəsinin əməkdaşları tərəfindən Ağdaş rayonunun meşə ərazisində birgə reyd keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib. O, bildirib ki, reyd zamanı Ağzıbir meşəbəyliyinin 3 saylı dolayında hündürlüyü 2 metr olan 260 ədəd çətənə kolu aşkar edilib və narkotik bitkilərin qanunsuz əkilib-becərilməsi ilə məşğul olan şəxs saxlanılıb.

Belə ki, keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Ağzıbir kənd sakini Cabir Şahmuradov meşə ərazisində xüsusi aqrotexniki qayda ilə yetişdirdiyi çətənə kollarına qulluq edərkən iş başında yaxalanıb. Narkotik xassəli çətənə bitkiləri kökündən çıxarılaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır. 

Мужчина в наручниках, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Balakəndə daha bir narkotik bitkiləri əkib becərən şəxs tutulub

Qeyd edək ki, meşələrin qorunub mühafizə olunmasını qeyri-qənaətbəxş təşkil etdiklərinə və işlərində nöqsanlara yol verildiklərinə görə Ağzıbir meşəbəyliyinin 3 saylı meşə dolayı gözətçisi Məsim Seyidov tutduğu vəzifədən azad edilib, meşəbəyi Nofəl Ələsgərov və meşə mühafizə mühəndisi Yasin İslamova isə töhmət verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan bütün ərazilərdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində narkotik xassəli bitkilərin qanunsuz əkildiyi və yabanı halda bitdiyi yerlərin müəyyən edilməsi istiqamətində reydlər davam etdirilir.

Xəbər lenti
0