Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 23 iyun — Sputnik. Balakən Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkiləri əkib-becərdirilməsi ilə məşğul olan şəxslərin tutularaq istintaqa təhvil edilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib.
Tədbir nəticəsində rayonun Qullar kənd sakini, 1970-ci il təvəllüdlü Bayram Şəmsəddin oğlu Əmraliyevə məxsus həyətyanı sahədə yarımçıq tikilidə 10 ədəd müxtəlif formada olan qablarda kultivasiya üsulu ilə əkilib, aqrotexniki qaydada qulluq edilən ümumi sayı 126 ədəd narkotik tərkibli bitki hesab edilən çətənə bitkisinin kolları aşkarlanaraq götürülüb. Bayram Əmraliyev narkotik bitkilərə xas olan spesifik iydən yaxınlıqda yaşayan qonşuları yayındırmaq üçün iribuynuzlu mal-qaranın iylənmiş baş və ayaqlarından istifadə edib. Götürülmüş vəsait maddi sübut kimi istintaqa təhvil verilib
Qeyd edək ki, analoji vəziyyət rayonun Qazma və Mahamalar kəndində də hökm sürür. Son zamanlar sözügedən rayonda narkotiklərin qanunsuz istehsalı və dövriyyəsi ilə bağlı aşkarlanmış faktların sayı artmaqdadır
Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.