Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Gürcü süfrəsini sasivisiz təsəvvür etmək olmaz

Abunə olmaq
Gürcü mətbəxi zənginliyi və zərif dadı ilə fərqlənir. Gürcü süfrəsinə dəvət olunan qonağa əvvəlcə sasivi təklif olunur.

Haqqında danışdığımız taamın hazırlanma qaydasını Baliçko Abdullayeva təqdim edir. Baliçko xanımın sözlərinə görə, yeni ildə gürcülərin süfrəsini sasivisiz təsəvvür etmək olmaz.

Salatın kənd çolpasının bulyonunda hazırlanması şərtdir. Qış aylarında isə hinduşka ətindən istifadə edilir.

Əvvəlcə çolpa suda bişirilir. Həmin ətin suyuna qoz ləpəsi, sarıkök, toyuğun didilmiş döş əti, sarımsaq duz, istiot və Gürcüstanın ənənəvi ədviyyat qarışığı olan xmeli suneli (xmeli sunelidə istifadə olunan otlar və ədviyyatlar arasında bunlar var: keşniş, şüyüd, reyhan, dəfnə yarpağı, mərzə, mavi güldəfnə, cəfəri, yabancı zəfəran və ya zəfəran, qara bibər, kərəviz, kəklikotu, çördük, nanə və isti bibər) əlavə edilib qarışdırılır. 

Sasivinin tərkibinə daxildir:
— Toyuq bulyonu
— Toyuğun didilmiş döş əti
— Qoz ləpəsi
— Sarımsaq
— Xmeli suneli
— Duz, istiot

Nuş olsun!

Xəbər lenti
0