Bakı Muzey mərkəzində keçirilən "IV İslam Həmrəyliyi oyunları azərbaycanlı fotoqrafların gözü ilə" fotosərgisində 52 azərbaycanlı fotoqrafın 200 işi nümayiş etdirilir. Sərginin açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə və Xəzər İsayev iştirak ediblər.
Nazir Azad Rəhimov iştirakçılara diplom və xatirə hədiyyələrini təqdim edim. Mükafat alanlar sırasında Sputnik Azərbaycan informasiya agentliyinin fotoqrafı Murad Orucov da var. Sərgidə Orucovun 6 işi nümayiş olunur.
Sərginin təşkilatçıları Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Fotoqraflar Birliyidir. Sərgiyə giriş pulsuzdur.
Xatırladaq ki, IV İslam Həmrəyliyi Oyunları mayın 12-dən 22-dək Bakıda keçirilib.