BAKI, 14 iyul — Sputnik. 1993-cü ildə İngiltərə kubokunun 4-cü turunda üz-üzə gələn Queens Park Rangers — Mançester City matçında yaşanan qol epizodu illər sonra İtaliya jurnalında manşet olub. "L'Ultimo Uomo" jurnalı dünya futbol tarixində indiyədək yaşanan ən bərbad qol epizodunu araşdırıb və yekun nəticədə jurnal rəhbərliyi qərara alıb ki, bu cür epizod məhz 1993-cü ildə İngiltərə kubokunda qeydə alınıb.
— Ian Andrew Blair (@ianblair99) 7 июля 2017 г.
Qolsuz bərabərliklə davam edən qarşılaşmada "QPR" küncdən zərbə atışı qazanır. Topu cərimə meydançasına göndərən futbolçu, özü də bilməzdi ki, tarixin ən bərbad, üstəlik 20 saniyə davam edən, ancaq heç cürə qola çevrilə bilməyən bir epizod başladıb. Məhz bu epizod illər sonra, 2017-ci ildə İtaliya jurnallarından birinin manşetinə çıxıb.
Sputnik Azərbaycan həmin videonu təqdim edir: