Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Sport Time" jurnalının növbəti sayı işıq üzü görüb

© Sputnik / Irade JELIL"Sport Time" jurnalının növbəti təqdimat mərasimi
Sport Time jurnalının növbəti təqdimat mərasimi - Sputnik Azərbaycan
Abunə olmaq
Jurnal 2 ildir ki, fəaliyyət göstərir.

BAKI, 13 iyul — Sputnik. "Sport Time" jurnalının növbəti sayının təqdimatı keçirilib.

Jurnalın bu sayı ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarına həsr olunub. Təqdimatda dərginin uğurlu fəaliyyəti, burada yer alan maraqlı məqalələr, rubrikalar diqqətə çatdırılıb.

Millət vəkili, Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abiyevin və "Sport Time" jurnalının baş redaktoru Jalə Rzabəylinin iştirakı ilə keçirilən tədbirdə idman ictimaiyyətinin tanınmış simaları, ziyalılar, Olimpiya çempionları və incəsənət nümayəndələri iştirak edib.

Dərgidə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin (MOK) prezidenti İlham Əliyevin IV İslam Həmrəyliyi Oyunlarında iştirakı, Oyunlara aid nitqi, Xəzərdən başlayan si səyahəti, İslamidadnın möhtəşəm açılış və bağlanış mərasimləri haqqında materiallar toplanıb. Həmçinin " Balı 2017" də ölkəmizin birinci yeri qazanması da əksini tapıb.

Jurnalda MOK –un baş katibi Ağacan Abıyev, YAP Yasamal Rayon Təşkilatının sədri Tağı Əhmədov, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti Fizuli Məmmədovla bağlı məqalələr, habelə İslamiadanın uğurla başa vuran bir neçə federasiya və klublar barədə məqalələr dərc edilib.

© Sputnik / Irade JELIL"Sport Time" jurnalının növbəti mərasimi
Sport Time jurnalının növbəti mərasimi - Sputnik Azərbaycan
"Sport Time" jurnalının növbəti mərasimi

Oxucular bu nömrədə idmançıların ən çox müraciət etdikləri Artromed Tibb Mərkəzinin fəaliyyəti ilə də tanış ola bilərlər. Belə ki, dərgidə klinikanın idman travmaları, oynaq və onuröğa sutunu xəsətlikləri zamanı apardığı uğurlu müalicə metodlarından bəhs olunub. Jurnalın "Fotoların dili ilə" rubrikanın bu dəfəki qonağı isə əməkdar artist Elza Seyidcahan olub.

Təqdimat məraisimində millət vəkili Ağacan Abıyev idamnın insan həyatı üçün əhəmiyyətindən danışaraq bu jurnalın maarifləndirmə xarakterində olmasını yüksək səviyyədə qiymətləndirib: "Azərbaycan idman sahəsində durmadan inkişaf edir. İdmanın inkişafında medianın böyük rolu var. Oyunlar bitdi, amam oxucular bu jurnalı vərəqləyəndə həmin günlərə qayıdacaq. Jurnal bəddi statistik, yüksək səviyyədə hazırlanmış jurnaldır. Düşünürəm ki, bu jurnalla siz də idman aləminə öz dəstəyinizi vermisiniz".

"Sport Time" artıq 2 ildir ki, fəaliyyət göstərir. Bu müddət ərzində jurnalda müxtəlif idmançıların da yazılar yer alıb: "Tədbirimizdə iştikar edən hər kəsə təşəkkür edirəm. İslam Oyunları o qədər sevincimizə səbəb oldu ki, biz növbəti sayımızı İslam Oyunlarına həsr etmişik".

Mərasimdə Hüsniyyə Mürvətova "Bayraq" şerini səsləndirib.

Xəbər lenti
0